PDF Oxu

Siyasət

  • 2 404

Azərbaycan Respublikası sülh carçısıdır ŞƏRH

Azərbaycan Respublikası sülh carçısıdır ŞƏRH

Cənab İlham Əliyev 44 günlük müharibədə medianın gücündən ölkənin mənafeyi naminə istifadə etdi. Qərəzli və ya qərəzsiz bütün jurnalistlərin, media öncüllərinin görüşmək istəyinə müsbət cavab verdi. Ali Baş Komandan cənab İlham Əliyevə ittiham dolu suallar da verildi, gerçəklərə mayak olacaq suallar da. Böyük siyasi səriştə sahibi olan Prezident Azərbaycanın real gerçəklərini məhz beynəlxalq media qurumlarının vasitəsilə dünyaya çatdırdı.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində cənab İlham Əliyev yaşanmış haqsızlıqlar haqqında fikrirlərini belə ifadə etdi: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.”

Həqiqət budur ki, 30 ildən çox bir müddətdə təbliğat və təşviqat sahəsində ermənilər Azərbaycandan irəlidə olmuşdur. İşğal və etnik təmizləmə qurbanı olduğumuz halda dünya bizi təcavüzkar ölkə kimi təqdim olunmağımız tarixi haqsızlıqdır. Lakin məqsədyönlülüyü dövlət siyasətinin başlıca prinsipinə çevirmiş Azərbaycan dövləti qısa müddətdə stereotipləri məhv etdi. Cənab İlham Əliyevin dünya mediasına açıq olması müharibədən öncə də müşahidə olunurdu. Beləki, ən qaynar panel görüşlərdə, debatlarda artıq media qarşısında ölkə başçısı cənab İlham Əliyev suallar qoyurdu. Artıq Prezidentin nitqlərində qərəzli jurnalistlərə qınaq dolu suallar ünvanlanırdı. Müharibədən öncə də cənab İlham Əliyev sərt çıxışlar edir, qərəzli mövqe sahibi olan jurnalistlərə tutarlı cavablar verirdi. İndi isə qalib xalqın böyük lideri kimi Ali Baş Komandan cənab İlham Əliyev Cənubi Qafqazda gedən yeni proseslərin dünyaya obyektiv çatdırılmasını təmin edir. Bir çox beynəlxalq tədbirlərin,eləcə də media forumunun Şuşada keçirilməsi simvolik məna daşıyır. İndiyədək dezinformasiya yayan dünya mediası fakt qarşısındadır: Azərbaycan xarabalıqlar üzərində müasir şəhərlər, kəndlər salır; barıt qoxulu torpaqlara firavan həyat bəxş edir; ziyan görmüş təbiət bərpa edilir; nəhəng layihələr uğurla həyata keçirilir. Bir sözlə, Azərbaycan Respublikası sülh carçısıdır, Cənubi Qafqazın təhlükəsizlik qarantıdır.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər