PDF Oxu

Siyasət

  • 2 156

"İranın regional siyasətində dəyişiklik olacağını düşünmürəm" - DEPUTAT DANIŞDI

"İranın regional siyasətində dəyişiklik olacağını düşünmürəm" - DEPUTAT DANIŞDI

"İranda dövlətin xarici və daxili siyasəti ali dini lider ayətullah Səid Əli Xameneyi tərəfindən müəyyənləşdirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Deputat bildirib ki, Prezident kimin seçilməsindən asılı olmayaraq Xameneyi tərəfindən müəyyən edilmiş siyasəti yürütməyə məcburdur: "Çünki, İranda prezident seçilən şəxsin səlahiyyətləri çox məhduddur. O, müstəqil qərarlar qəbul edə bilmir. Amma heç vaxt seçkiyə getməyən ali dini lider isə bütün səlahiyyətlərinin sahibidir. O cümlədən dövlətin xarici siyasi kursunu da ali dini lider müəyyənləşdirir. Prezident isə sadəcə icraçıdır. Bu baxımdan İranın regional siyasətində hər hansı bir dəyişikliyin olacağını hesab etmirəm. İran-Ermənistan münasibətləri Ermənistan-Qərb münasibətlərinin inkişafından asılıdır. Ermənistanın Qərbə yaxınlaşması sürətləndikcə İran Ermənistandan uzaqlaşacaqdır. Çünki İran qonşuluğa Qərbin gəlməsini istəmir"."Azərbaycan-İran münasibətləri inkişaf edəcəkdir. Çünki Azərbaycan müstəqil siyasət yürüdür və regiona kənar güclərin gəlməsini dəstəkləmir. Tehranda səfirliyimizin yenidən fəaliyyətə başlanmasını da İran-Azərbaycan münasibətlərinin normallaşmasının göstəricisi hesab edirəm. O cümlədən Azərbaycanla İran arasında reallaşdırılan bir çox birgə layihələr var. Məsələn, Araz çayı üzərində yeni kommunikasiyaların tikilməsi, Cənub Şimal nəqliyyat dəhlizinin tikintisinin davam etdirilməsi istiqamətində görüşlən işlər, 3+3 formatının yaradılması istqamətndə gündəlikdə olan təşəbbüslər İran-Azərbaycan münasibətlərinin normallaşmasını labüd edir. O cümlədən İran-Türkiyə və digər region ölkələri ilə münasibətlər də müyyən olunmuş beynəlxalq siyasi kurs üzrə davam edəcəkdir. Bütün bunları nəzərə alaraq İranın regional siyasətində hər hansı bir dəyişikliyin olacağını gözləməyin doğru olmadığını hesab edirəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər