PDF Oxu

Siyasət

  • 4 180

DOST mərkəzi - sosial təminatda yenilik TƏHLİL

DOST mərkəzi - sosial təminatda yenilik TƏHLİL

Xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,2 faizdir

"ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilən DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə Azərbaycan bu sahədə də öz sözünü demiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir.

Əlbəttə ki, postmüharibə dövründə də sosial sahədə, o cümlədən DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini nümayiş etdirir. Prezidentin həyata keçirdiyi sosial siyasətin əsasında xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

"AZƏRBAYCAN ÖZ TƏCRÜBƏSİNİ BÖLÜŞMƏYƏ HAZIRDIR"

DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 159 növ xidmət göstərilir. "Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır", - deyə Prezident bildirib. Bütövlükdə ölkəmizdə 30-dan çox mərkəz fəaliyyətə başlayacaq. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılıb. İndi 7 DOST mərkəzi, 1 DOST filialı yaradılıb. Ötən dövrdə bu mərkəzlərdə 2 milyon 800 mindən çox vətəndaşa xidmət göstərilib. Xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,2 faiz təşkil edir.

DOST KONSEPSİYASININ BEYNƏLXALQ SƏVİYYƏDƏ ALDIĞI QİYMƏT

Eyni zamanda, işğaldan azad edilmiş bölgələrimizdə DOST xidmətlərinin qurulması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi də istifadəyə verilib. DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə 30-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Bu mükafatların sırasında Avropa Sosial Şəbəkəsinin, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının və s. xüsusi mükafatları yer alır. Həmçinin DOST Agentliyi dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına layiq görülüb. Hazırda bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqrama ötən dövrdə 112,5 mindən çox müraciət olunub və 4,8 mindən çox şəxs "Könüllü DOST" proqramına cəlb edilib.

Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. 2019-2025-ci illərdə istifadəyə verilməsi nəzərdə tutan DOST mərkəzlərinin 5-i Bakıda, 26-sı isə regionlarda olacaq.

"DOST MƏRKƏZLƏRİNİN YARADILMASI SOSİAL SİYASƏTİMİZİN MAHİYYƏTİNİ GÖSTƏRİR"

"DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verir. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Cənab İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb.

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir.

Cənab Prezidentin bildirdiyi kimi, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır: "Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur".

Göründüyü kimi, davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər