PDF Oxu

Siyasət

  • 1 997

Azərbaycanın birgəyaşama modeli TƏHLİL

Azərbaycanın birgəyaşama modeli TƏHLİL

Prezident İlham Əliyev: "Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi dayanır, bu, çox böyük dəyərdir"

Azərbaycanda əsrlərdir ki, müxtəlif dinlərə mənsub insanlar yaşayırlar: müsəlmanlar, xristianlar, yəhudilər və başqaları. bir çox digərləri. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunədir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma, xoşagəlməz hal baş verməyib. Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunədir.

Azərbaycan qürurla deyə bilərik ki, yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanları var və ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığının göstəricisidir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün hamı, dini mənsubiyyətindən asılı olmayaraq tam bərabər hüquqa malikdir. Onlar hər zaman bir-biri ilə mehriban, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Azərbaycan insanların bir-biri ilə necə yaşamasının, qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq nümunəsidir. Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" adlı Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan "Azərbaycan torpağında, Azərbaycan xalqında hansı xüsusiyyət bunu mümkün edir, buna imkan yaradır?" sualını cavablanırarkən dövlətimizin başçısı bildirib ki, burada bir sintez var, fərqli amillərin vəhdəti var: "Burada bu amillərdən biri olmasaydı, qarşılıqlı hörmət, məhəbbət mühiti mümkün olmazdı. Qeyd etmək istədiyim digər məsələ odur ki, bu mühiti süni yaratmaq mümkün deyil. Əsas odur ki, bunu qoruyasan, gücləndirəsən və özündən sonra növbəti nəsillərə ötürəsən. Bəhs etdiyiniz məsələlər bizə yüzilliklərlə, minilliklərlə xas olan bir xüsusiyyətdir və birgə yaşam, müxtəlif dini etiqadların, müxtəlif etnik qrupların birgə yaşamı, bunların hər biri Azərbaycan dövlətçiliyinin qurulmasında, müasir Azərbaycanın qurulmasında rol oynayıb və həmin o töhfəni verməkdə davam edirlər. Bu, böyük bir fəaliyyətdir".

"DİNİNDƏN, ETNİK MƏNSUBİYYƏTİNDƏN ASILI OLMAYARAQ HƏR BİRİ, HƏR BİR NÜMAYƏNDƏSİ ÖZ HƏYATINI QURBAN VERİB, SAĞLAMLIĞINDAN MƏHRUM OLUB"

Şuşada keçirilmiş "Xarıbülbül" festivalında Azərbaycanda yaşayan xalqların musiqi kollektvlərinin iştirakı dövlətimizdəki mühitin göstəricisidir. Bu gün bütün dinlərdən olan xalqların ölkəmizdə firavanlığını təminə olunmasına, onların bütün imkanlardan istifadəsinə geniş imkanlar açılır. "Ərazilərimiz işğaldan azad olunandan sonra mən təklif etdim ki, ilk Xarıbülbül festivalını Azərbaycanda yaşayan bütün xalqların mədəniyyətinə həsr edək", - deyən Prezident bildirib ki, bu, mənim ideyamdır və düşünürəm, çox düzgün bir ideyadır ki, Azərbaycanda yaşayan bütün xalqlar, bilirsiniz ki, azadlıq naminə mübarizədə iştirak ediblər. 44 günlük Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bir yumruq olaraq birləşdi. "Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər biri, hər bir nümayəndəsi öz həyatını qurban verib, sağlamlığından məhrum olub" – deyən Prezident qeyd edib ki, 2021-ci ildə keçirilən Xarıbülbül festivalında biz bunun hər birini nümayiş etdirdik: "Şəxsən bundan daha emosional, daha mədəni tədbir xatırlamıram və bəlkə də heç olmayacaq. Cəmiyyət və hökumət, əsasən də hökumət bu məsələyə gündəlik əsasda diqqət yetirməlidir. Bu, elə bir mövzu deyil ki, onu kənara qoyub sonradan məşğul olasan, ikinci dərəcəli hesab edəsən və ya da iqtisadiyyat deyil, büdcə deyil. Bu, maddi bir aktiv deyil. Çünki bu, hər bir şeyin təməlidir. Çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir - düzgün siyasət, təhsil, tərbiyə, nümunə, davranış nümunəsi".

XALQLAR ARASINDA DOSTLUĞUN NÜMUNƏSİ

Əlbəttə ki, onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka, Nic və başqa kənd və qəsəbələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu görürlər. Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlığa, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Fərqli dinin, fərqli etnosun yaşadığı həmin məkanlarda Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyil.

BİRGƏYAŞAMA MƏDƏNİYYƏTİNDƏ ÖRNƏK

Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər