PDF Oxu

Siyasət

  • 2 811

Azərbaycan Cənubi Qafqazda yeni hədəflərini beynəlxalq gündəliyə daşıyıb ŞƏRH

Azərbaycan Cənubi Qafqazda yeni hədəflərini beynəlxalq gündəliyə daşıyıb ŞƏRH

İyulun 20-22-də isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu təşkil olunub. Azərbaycanda, xüsusən Şuşada belə mühüm əhəmiyyətli qlobal tədbirlərin keçirilməsi ölkəmizin yüksək inkişafının göstəricisidir. Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. 2-ci Qlobal Media Forumunun iştirakçıları iyulun 21-də Şuşa və Laçın şəhərlərinin tarixi məkanları ilə də tanış olublar.

Forum çərçivəsində keçirlən Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimat keçirilib. Təqdimatda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.. Yeri gəlmişkən Forumun sonuncu sessiyası “İqlim hərəkatı və media” mövzusuna həsr olunub. Sessiyada COP-un qlobala dünyanı əhatə etdiyi vurğulanıb və Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə atdığı addmlardan danışılıb. Jurnalistlərin ekoloji problemlərlə bağlı mesajlarını çatdırmaları üçün bacarıqlı olmalı olduqlarını diqqətə çatdıran qonaqlar sensasiya, reklam xatirinə xəbər paylaşmağı düzgün hesab etmədiklərini vurğulayıblar. Dövlət başçısı deyib ki, bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. "İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir"- Prezident İlham Əliyev bildirib.Hazırda Cənubi Qafqaz dünyanın daha çox diqqətindədir. Dünyada baş verən qlobal siyasi cərəyanlar bu regiona da öz təsirini göstərir. Azərbaycan artıq Cənubi Qafqaz regionun inkişafı, iqtisadi rifahına çalışır. Prezident İlham Əliyev bu haqda öz aydın mövqeyini forumda gürcüstanlı müstəqil jurnalist və siyasi analitik Gela Vasadzenin sualına cavabında açıqlayaraq bildirib ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir: “Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun.Mən dəfələrlə söyləmişəm və dərindən təəssüf edirəm ki, Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Bildiyiniz kimi, həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi”. Göründüyü kimi, Azərbaycan üçün Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq formatı hər zaman aktualdır. Bu gün Azərbaycanın həyata keridiyi regional və qlobal layihələrdə region ölkələri də fəallıq göstərməlidir. Əlbəttə ki, öncə Ermənistan sülh gündəliyinə əməl etməlidir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər