Siyasət

  • 2 033

Rusiyalı ekspert: “Yeni müharibə Ermənistanın öz mövcudluğunu tamamilə itirməsinə gətirib çıxaracaq” - ŞƏRH

image

Avropa Sülh Fondunun Ermənistan üçün xüsusi proqramı üçün ayrılan 10 milyon avro İrəvanda xəbər tendensiyasıdır və bu, onun çox böyük qələbəsi kimi sevinclə səslənir. Aydındır ki, Brüsselin bu avantürası, eləcə də Aİ-nin Ermənistanda casus missiyasının güclənməsi Bakı ilə İrəvan arasında danışıqlar prosesinə mənfi təsir edir, Cənubi Qafqazda çoxdan gözlənilən sülhü geriyə itələyir.

MDB ölkələri üzrə rusiyalı ekspert Aslan Rubayev Aİ-nin Cənubi Qafqazdakı təhlükəli oyunu barədə nə düşündüyünü “Caliber” analitik mərkəzinə açıqlayıb. Ekspertin şərhini oxucularımıza təqdim edirik.

Aslan Rubayevin fikrincə, Avropa Sülh Fondunun Ermənistandakı proqramı Cənubi Qafqazın geosiyasəti üçün son dərəcə təhlükəli və mənfi hadisədir.

“Biz bir daha görürük və əminik ki, Qərb Cənubi Qafqazda sülh yolu ilə nizamlanmada maraqlı deyil. Əksinə, Qərbin agenti olan Ermənistanın indiki rəhbərliyi indi öz diktəsi ilə regionda sabitliyi pozmaq siyasəti yürüdür. Ermənistan, fikrimcə, regionda sülhün bərqərar olması istiqamətində konstruktiv addımlara, Azərbaycanla sülh müqaviləsi imzalamaq məqsədi ilə danışıqlara heç vaxt hazır deyildi, heç kimin həqiqətən də danışıqlar masası arxasına oturub ortaq məxrəcə baxmaq niyyəti yox idi. Təəssüf ki, bu sadəcə bir oyun idi.

Hazırda Ermənistana hərbi yardımın ayrılması isə Cənubi Qafqazda bərqərar olmuş sakitliyə çox konkret təhlükə yaradır. Ermənistan hakimiyyəti regionda yeni müharibəyə başlamağa hazırdır, lakin onun nəticəsinin kifayət qədər göz qabağında olduğunu qeyd etmək lazımdır. Revanşistlərin istəklərinin əksinə olaraq, müharibə yalnız bir şeyə- Azərbaycan ordusunun dağıdıcı məğlubiyyəti nəticəsində Ermənistanın subyektivliyini tamamilə itirməsinə gətirib çıxaracaq.

Onu da qeyd edim ki, Qərbin indiki strategiyası çox aydın görünür: istər Cənubi Qafqazda, istər Mərkəzi Asiyada, istərsə də Yaxın Şərqdə müəyyən regionlarda münaqişələr yaratmaq və bu münaqişələr əsasında öz təsirini yaymaq. Aydındır ki, Qərb əslində heç bir müharibədə İrəvanın qələbəsinə ümid etmir; Əsas odur ki, sülhməramlıların himayəsi altında vəziyyətə nəzarət etməyə başlamaq üçün öz qoşunlarını ora göndərsin- bura Cənubi Qafqazın enerji qovşaqları, beynəlxalq nəqliyyat tranzitləri və sair daxildir. Kollektiv Qərb əxlaqa vaxt itirmədən, tamamilə istənilən vasitə və üsullarla bütün bu məkanı tamamilə öz təsirinə tabe etmək arzusundadır”,- deyə A.Rubayev yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər