PDF Oxu

Siyasət

  • 2 068

"Ermənistanı sülhdən yayındırırlar" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanı sülhdən yayındırırlar" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan əslində sülhdən yayınmır, Ermənistanı sülhdən yayındırırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.O bildirib ki, burada təkcə Avropanın dəst-xəttini görmürəm: "Eyni zamanda bizim Şimal qonşumuzun hərbi elitasında belə qüvvələr var. Həm də Cənub qonşumuzun da mollalarının içində bunu dəstəkləyən qüvvələr var. Bu bölgədə onlar sakitlik istəmirlər. Azərbaycanın da güclənməsini istəmirlər. Azərbaycan qısa bir zamanda, son bir ildə çox sürətlə dünyanın lider dövlətinə çevrilmək üzrədir. Azərbaycanın dünya siyasi arxitekturasında oynadığı rolu 10 milyon əhalisi olan bir dövlət oynaya bilmir. Yəni burada artıq 10 milyonlardan söhbət gedir. Türkiyə, Rusiya, Pakistan kimi dövlətlərin oynadığı rol qədər Azərbaycan rol oynayır. Ona görə də çalışırlar ki, sülh müqaviləsi imzalanmasın. Ermənistanı da sülhdən yayındıranlar onlardır. Çünki Paşinyan siyasət adamı deyil, meydandan sifarişlə gətirilmiş bir adamdır. Həmin adam da ona verilən sifarişi məcburdur ki, icra etsin"."Ermənistan silahlanmanı sınaqdan keçirib. Fransanın ötən əsrdən qalma silahları ilə, Hindistanın silahları ilə Ermənistan silahlanırsa, Azərbaycan artıq 21-ci əsrin 30-40-cı illərində sınaqdan keçiriləcək silahları belə əldə edir və əldə etmək qabiliyyətinə malikdir. Azərbaycan Prezidenti çox uzaqgörən bir adamdır. Ona görə narahatlıq yoxdur. Məqsəd də ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında yenidən bir münaqişə yaransın. Yenə Şimal qonşumuz hansı adlasa gəlib Azərbaycan ərazisində ordusunu yerləşdirsin. Bu, birmənalıdır, çünki Rusiyanın İlham Əliyevlə dostluq münasibətləri varsa, hərbi səviyyədə bu, yoxdur. Həm də Rusiya Qafqazı itirmək istəmir. Bu da birmənalıdır. Ona görə bizim də ən böyük günahımız odur ki, geostrateji mövqedə yerləşirik. Hafiz Paşayevin Azərbaycanla bağlı 3G nəzəriyyəsi var: Geocoğrafi, geostrateji, geopolitik. Ona görə də Azərbaycanla bağlı bu 3G siyasəti Azərbaycanın ciddi "problemi" sayılır. Ona görə də yeni müharibənin olmasını, təbii ki, istəyirlər. Çünki bir aydan sonra Azərbaycanda sentyabrın 1-də parlament seçkiləri keçiriləcək. Azərbaycan 44 günlük Vətən müharibəsini də sentyabr ayında başladı. Bunlar hamısı sentyabr ayına hesablanıb. Sentyabr ayının 1-də Azərbaycanda parlament seçkiləridir. Təbii ki, burada demokratiyanın pozulmasını gözləyəcəklər. Azərbaycana çox ciddi diqqət var. Azərbaycan tərəfi elə etməlidir ki, Azərbaycanla bağlı kimlərinsə boş-boş danışıqlarına imkan verilməsin. Seçkilər kifayət qədər demokratik keçirilməlidir. Mən buna inanıram. İkincisi, sentyabrın 11-də Bakı şəhərində Formula1 yarışlarının növbəti mərhələsi keçirilməlidir, ondan sonra COP29 keçiriləcək. Bütün bunların fonunda, təbii ki, çalışırlar ki, Azərbaycanı qarışdırsınlar. Azərbaycan bu provokasiyaya getməyəcək. Ona inanıram" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər