PDF Oxu

Siyasət

  • 3 269

“Orta Dəhlizin əhəmiyyəti hər ötən gün daha da aktuallaşır“ - ŞƏRH OLUNDU

“Orta Dəhlizin əhəmiyyəti hər ötən gün daha da aktuallaşır“ - ŞƏRH OLUNDU

“Orta Dəhlizin əhəmiyyəti hər ötən gün daha da aktuallaşır və bu uğurda mübarizəyə daha çox ölkələr, dairələr qoşulurlar. Orta Dəhliz məsələsində Azərbaycanın xüsusi rolu və söz sahibi olması danılmazdır”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Qərb, Rusiya, İran və digər güclü iqtisadiyyata malik olan ölkələr Orta Dəhlizdə öz payları və dividentlərini əldə etməyə çalışırlar: “Amma bölgəmizdə, Cənubi Qafqazda bu dəhlizlərin əsas hərəkətverici qüvvəsi, dəhlizlərin yaradılmasında ideya müəllifi, söz sahibi təbii ki, Azərbaycandır. Azərbaycanın mövqeyi, irəli sürdüyü şərtlər məsələlərin həllində əsas prioritetlərdən biri olacaq.Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə yaranan yeni reallıqlardan irəli gələrək Ermənistanla sülh müqaviləsi imzalamağa çalışır. Zəngəzur dəhlizinin açılması isə şərtdir. Çünki Orta Dəhlizin əsas açarı məhz Zəngəzur dəhlizidir. Bu istiqamətdə Azərbaycan son dövrlərdə bütün imkanlarını səfərbər edib.Hesab edirəm ki, bölgəmizdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinə Azərbaycan rəhbərlik edir və mövqeyimiz burada əsas şərtdir.

Orta Dəhlizə nəzarət uğrunda yaranan savaşda kimin qazanacağını demək olmur, hər bir ölkə öz dividentlərini qazanmağa çalışır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər