PDF Oxu

Siyasət

  • 2 677

“Orta dəhliz Azərbaycandan keçdiyi üçün …” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Orta dəhliz Azərbaycandan keçdiyi üçün …” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Orta dəhliz uğrunda mübarizə güclənir. Əsas məsələ isə odur ki, Orta dəhliz Azərbaycanın ərazisindən keçir. Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, bütün xətlər onun ərazisindən keçir. Bu da bizim xoşbəxtliyimizdir. Bütün ölkələrin yükü bizim ərazimizdən keçdiyi üçün bizə işləri düşür. Rusiyanın artıq Avropaya qapıları bağlanıb və sanksiya altındadır. Ona görə də əsas məhsullarını Asiya və şərq dövlətlərinə satmaq üçün Orta dəhlizdən istifadə etməli olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq xatırladıb ki, 44 günlük müharibə bitən zaman Rusiya, Ermənistan və Azərbaycan arasında bağlanan bəyannamədə məhz Zəngəzur dəhlizindən yola keçməsi nəzərdə tutulurdu: “Eyni zamanda bu bəyannamədə həmin yola Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət edəcəyi ilə bağlı bir maddə də var idi. Lakin sonradan Ermənistan bu məsələni bir qədər yubatdı. Zəngəzur dəhlizinin açılması mütləqdir. Bunu yalnız Azərbaycan deyil, həm Çin, həm Hindistan, həm Türkiyə, həm də Rusiya istəyir. Ermənistan bu yolun açılması üçün öz proqramlarını irəli sürür. Bu yola özlərinin nəzarət etməsini istəyirlər. Hesab edirəm ki, Zəngəzur dəhlizinin işə düşməsi çox böyük tarixi əhəmiyyətə malik olacaq və biz də bunun şahidi olacağıq”.

Ləman Sərraf

Digər xəbərlər