PDF Oxu

Siyasət

  • 2 324

"Bir tərəfdən olimpiada keçirir, digər tərəfdən Ermənistanı silahlandırır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bir tərəfdən olimpiada keçirir, digər tərəfdən Ermənistanı silahlandırır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Vaxtilə Azərbaycan xalqı da, Azərbaycan gəncləri də demokratiyanın beşiyi deyəndə Fransanı fikirləşirdilər. Çünki Fransa burjua inqilabı uzun illər dünya xalqlarının tarixində mühüm yer tutub". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.O bildirib ki, çox təəssüflər olsun ki, Fransa həmişə Bastilya qalasının azad olunması ilə öyünüb, amma digər tərəfdən böyük işğalçı bir dövlət olub: "Biz Fransanın işğallarına əhəmiyyət verməmişik. Fransada olan demokratik düşüncəni irəli çəkmişik. Həyat da göstərdi ki, bu, yanlışdır. Çünki bu, hamıya bəllidir. Həm siyasətçilərə, həm dövlət adamlarına, həm də sadə insanlara bəllidir".Onun sözlərinə görə, Ermənistan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və 1 milyon insan həm Qərbi Azərbaycandan, həm də Qarabağ bölgəsindən qaçqın və köçkün həyatını yaşamağa məcbur edildi: "Əmlakları talan edildi, məktəblər, bağçalar yandırıldı, mədəniyyət evləri məhv edildi. Dini və tarixi abidələr təhqir edildi. Nəhayət, uzun mübarizələrdən sonra Azərbaycan 44 günlük müharibə ilə düşməni darmadağın etdi və öz tarixi torpaqlarını geri qaytardı. Bu məqamda dünənə qədər ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa haqq və ədaləti, beynəlxalq hüquq normalarını qəbul etməyərək Ermənistanı müdafiə etməyə başladı. Bu proses bu gün də davam edir. Bu gün Fransa Ermənistana hər cür silah verir. Avropa İttifaqında da söz sahibi olduğuna görə Avropa İttifaqı da Ermənistana yardım göstərir, hətta 10 milyon dollar həcmində yardım edib. Sual olunur, Ermənistanı silahlandırmaqla Fransa nəyə nail olmaq istəyir? Fransa bir tərəfdən dünyada sülh və əmin-amanlıq rəmzi olan olimpiada keçirir. Həmişə qədim Yunan tarixində də olimpiada dövründə müharibə ola bilməzdi. Bu gün Fransa bir tərəfdən olimpiada keçirir, digər tərəfdən də Ermənistanı silahlandırır. Ermənistanı silahlandırmaqla, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməklə Fransa nəyə nail olmaq istəyir? Fransa Cənubi Qafqazda itirdiklərinimi qazanmaq istəyir? Fransa Azərbaycanla səmimi münasibətlərin üstündən xətt çəkməklə nə qazanacaq? Azərbaycan beynəlxalq hüquq qaydalarına riayət edərək öz torpaqlarını özü geri qaytarıb. Halbuki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, o qətnamələrdə bu, təkrar şəkildə qeyd olunurdu. Beynəlxalq nüfuzlu təşkilatlar bunu etməyib, Azərbaycan öz gücü ilə edib. İndi Fransa Azərbaycana böhtan atmaqla, Azərbaycana qarşı Ermənistana silah verməklə Ermənistan nə edə bilər? Heç nə. Çünki bu günkü Azərbaycan 90-cı illərin əvvəllərinin Azərbaycanı deyil. Bu gün Avropa Azərbaycanı və Azərbaycanın dövlət başçısını qəbul edir. Onun gücünü görür. Bu gün Türk Dövlətləri Təşkilatı yaranıb öz gücünü göstərir. Azərbaycan da bu təşkilatda lider dövlətdir. Bu gün müsəlman dünyasında Azərbaycan nüfuzlu, demokratik bir dövlət kimi tanınır və qəbul olunur. Buna görə də Fransanın hərəkətləri də əbəsdir. Fransa Ermənistanı müdafiə etməklə Ermənistana uğur gətirmir, əksinə Ermənistan silahlanmaqla həm Rusiya üçün, həm də Azərbaycan üçün, həm də bölgə dövlətləri üçün təhdiddir. Amma Ermənistanı nə qədər silahlandırsalar da, Ermənistan əldə etdiyi silahla ancaq özü üçün qəbir qaza bilər. Başqa dövlətlərə heç bir pisliyi dəyə bilməz".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər