PDF Oxu

Siyasət

  • 2 472

ŞUŞA QLOBAL MEDİA FORUMU: Azərbaycan həqiqətləri üçün misilsiz platforma TƏHLİL

ŞUŞA QLOBAL MEDİA FORUMU: Azərbaycan həqiqətləri üçün misilsiz platforma TƏHLİL

Şuşa Forumunda Prezident İlham Əliyev ölkəmizə qarşı istiqamətlənən bütün yalanları və saxta mahiyyətli xəbərləri ifşa etdi

Cari ilin iyul ayınınn 20-də Azərbaycan daha bir beynəlxalq mühüm tədbirə ev sahibliyi etdi. Möhtəşəm, olduqca aktual və dünya mediasının həvəslə yayımladığı mükəmməl bir tədbir Azərbaycanın söz, sənət, igidlik və siyasi qətiyyət nümunəsi olan gözəl Şuşamızda iki gün davam edən 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 80-dən artıq media qurumunun qatıldığı İkinci Şuşa Qlobal Media Forum işini uğurla başa vurdu. Qeyd edək ki, Azərbaycanın mədəniyyət və qəhrəmanlıq paytaxı olan qədim Şuşamız bu dəfə də haqq səsimizin dünyaya yayılması üçün informasiya platforması oldu. Tarixi Zəfərimizdən sonra Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir.

ŞUŞADAN EŞİDİLƏN HƏQİQƏTLƏR: PREZİDENT İLHAM ƏLİYEV FORUMDA TƏDBİR İŞTİRAKÇILARININ SUALLARINI ƏSASLI ŞƏKİLDƏ CAVABLANDIRMAQLA HƏM AZƏRBAYCANDA, HƏM DƏ REGİONDA BAŞ VERƏN HADİSƏLƏRİ, YENİLİKLƏRİ ONLARIN DİQQƏTİNƏ ÇATDIRDI...

Bəli, Azərbaycanın söz, sənət, igidlik və siyasi qətiyyət nümunəsi olan gözəl Şuşamızda möhtəşəm, olduqca aktual və dünya mediasının həvəslə yayımladığı mükəmməl bir tədbir keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin bu qlobal Foruma qatılması, ən aktual və gündəmdə mühüm yer tutan məsələlər barədə açıq, konstruktiv müzakirələrdə fəal iştirak etməsi, dünya mediasının önəmli simalarının suallarına təmkinli və aydın cavab verməsi bu beynəlxalq tədbirin əhəmiyyətini birə min artırmış oldu.

Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlərə dünyanın müxtəlif aparıcı media qurumlarının geniş yer verməsi də bunun bariz sübutudur. Və həmçinin onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin çıxışları hər zaman özündə müxtəlif dairələrə ünvanlanmış mesajlarla zəngin olur. Bu dəfə də dövlət başçısının çıxışı özündə ikili standartlara əsaslanan siyasət həyata keçirən dövlət və qurumlara konkret mesajları ehtiva etmiş oldu. Prezident qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar əsasən Qərbdən qaynaqlanır və bu cür yanaşma artıq gündəlik həyatımıza çevrilir. Amma vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq. Erməni diasporu uzun illər ərzində Azərbaycana qarşı bu istiqamətdə səfərbər şəkildə fəal iş aparıb. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana vaxtaşırı hücumlar edərək yanlış narrativlər yayıblar, ölkəmizi, xalqımızı reallıqdan çox uzaq şəkildə təqdim ediblər. Ancaq necə ki, zaman keçdikcə Qərb siyasi dairələrində reallıq daha çox üzə çıxır və onlar Azərbaycana bərabər tərəfdaş kimi yanaşmağa başlayırlar. "Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın", - Prezident İlham Əliyev forumda bunu xüsusi vurğuladı.

«FƏRQ ETMƏZ, LİDER VƏ PREZİDENT KİMDİR, BU, LƏYAQƏT MƏSƏLƏSİ İDİ»

Prezident çıxışında ənənəvi olaraq 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsinə də toxundu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, şanlı Ordumuzun ardıcıl qələbələri, torpaqlarımızın uzun illərdən sonra işğaldan azad edilməsi ilə tarixə yazılan, böyük zəfərimizlə başa çatan Vətən müharibəsi kimi, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası da son dərəcə mühüm hadisədir. Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq. Bunu Azərbaycan Prezidenti forumdakı çıxışında bir daha bəyan etdi. Torpaqlarımızın azadlığı xalq olaraq bizim üçün ləyaqət məsələsi idi və Azərbaycan xalqı tarixi Zəfərimizlə bunu bir daha göstərdi. Xalqımızın bu Zəfəri bir həqiqəti də təsdiqlədi ki, belə məsələlərdə şəxsi emosiyalara, tələskənliklərə, düşünülməmiş qərarlara qətiyyən yer yoxdur.

Azərbaycan Prezidenti forumdakı çıxışında qeyd etdi ki, o zaman sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalar kənara qoyulmalı idi. "...İnsan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı... Bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq".

Bu fikirlər bir daha təsdiqləyir ki, həlledici məqamlara, proseslərə düzgün hazırlaşanda, bütün addımları yerli-yerində, öz vaxtında-vədəsində atanda uğur qazanmaq mütləqdir. Azərbaycan bu illər ərzində əsas diqqəti xalqımıza, ölkəmizin inkişafına yönəltdi, hər hansı dedi-qodulara, Avropa Parlamentinin və ya Avropa Şurasının hansısa qərəzli bəyanatlarına fikir vermədi, yalnız öz böyük hədəflərinə fokuslanıb məqsədlərinə nail oldu və bu, yeni gələcəyə doğru yolumuzda da məhz belə olacaq. Biz irəli getməliyik!

Bəli, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən sonra daxil olduğumuz yeni strateji dövrdə də Azərbaycan dövlətinin qarşıya qoyduğu aydın məqsədlər var. Atılan bütün addımlar, irəli sürülən bütün təşəbbüslər Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bu əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Prezident bir məqamı da xüsusi qeyd etdi ki, "insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi".

ŞUŞA FORUMUNDA PREZİDENT İLHAM ƏLİYEV ÖLKƏMİZƏ QARŞI İSTİQAMƏTLƏNƏN BÜTÜN YALANLARI VƏ SAXTA MAHİYYƏTLİ XƏBƏRLƏRİ İFŞA ETDİ

Bundan başqa, Forumda jurnalistlərin suallarını cavablandıran dövlətimizin başçısı ölkəmizə qarşı aparılan yalan və böhtan kampaniyalarının mahiyyətini tam dəqiqliklə ifadə edib. Dövlətimizin başçısı bildirib ki, biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. SİTAT: “Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.

Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mözvuları ilə bağlı suala cavabında İlham Əliyev bir daha həqiqətləri səsləndirdi. Dövlət başçısı bildirdi ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur, yəni faktların manipulyasiyası həyata keçirilir. Əslində, Azərbaycan uzun illər ərzində bunun qurbanı olub. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi vaxtda erməni diasporunun uydurmaları, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücumları dayanmırdı. Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Belə yalanlar təkcə ölkənin nüfuzunu ləkələmir, onlar həm də dövlətin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Bu gün Azərbaycan suverenliyini, ərazi bütövlüyünü təmin etmiş ölkədir. Artıq zəif, sözü eşidilməyən deyil, qüdrətli Azərbaycan var. Onun güclü Liderinin mütəqil siyasəti sayəsində regionda yeni reallıqlar yaranıb. Amma indi də Azərbaycan haqqında yalan məlumatlar, dezinformasiya formalaşmaqdadır. Məhz buna görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə bu formatda qlobal forum təşkil edilərək dünya mediası vasitəsilə Azərbaycan həqiqətlərinin hər bir yana doğru-düzgün çatdırılmasından ibarəidir. Bir sözlə, etnik təmizləmənin, işğalın və təcavüzün qurbanı ola-ola Qərbin 30 il ərzində haqq səsini eşitməməzliyə vurduğu Azərbaycan bu gün dünyaya həqiqətləri yayır. Artıq dünya birliyi də Azərbaycanla hesablaşır və mövcud reallığı qəbul edir. Çünki Prezident

İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı qlobal miqyasda güc kimi təsdiqlədikcə və ölkəmizlə hesablaşıldıqca, hər kəs reallıqlara daha açıq gözlə baxmaq məcburiyyətində qalır. Əsl reallıqlar da Azərbaycanın hər zaman haqlı olduğunu sübuta yetirir.

Prezident İlham Əliyev də məhz qlobal media nümayəndələrinə çatdırdı ki, Azərbaycanın istəyi, məqsədi, beynəlxalq KİV-in regionda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmasıdır. Bu gün Azərbaycanın liderliyi ilə Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesi gedir, tarixi-geosiyasi dəyişikliklər baş verir. Ölkəmizin xüsusilə Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar bölgəmizin xoşbəxt gələcəyi, bu torpaqlarda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın, insanların sosial rifahının təmin olunması baxımından çox böyük bir şansdır. Bu baxımdan, Azərbaycanda və regionda baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması qarşıdakı strateji məqsədlərin tez bir zamanda reallaşmasına kömək göstərər, yalan informasiyalar vasitəsilə həyata keçirilən təxribatların Cənubi Qafqazın gələcəyi ilə bağlı aparılan xoş niyyətlərin önündə əngəl yaratmasına imkan verməz. Azərbaycanın "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusuna həssas münasibətinin əsas səbəblərindən biri də budur.

BU GÜN ÖLKƏMİZ QLOBAL CƏNUBLA QLOBAL ŞİMAL ARASINDA KÖRPÜLƏR QURUR

Eyni zamanda, bu gün ölkəmiz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurur. Azərbaycan Prezidenti İlham Əliyevin də xatırlatdığı kimi, regionumuzda və postsovet məkanında yeganə ölkəyik ki, Avropa İttifaqının 10 ölkəsi ilə strateji əməkdaşlıq edirik. Ölkəmiz böyük qaz ehtiyatları, qurulan qlobal enerji infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Avropanın Azərbaycan qazına çox böyük ehtiyacı var. Hazırda Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması qarşıda duran hədəfdir və ölkəmiz bu istiqamətdə irəliləyir. Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək göstərdi və bu təmaslar indi də səmərəli şəkildə davam edərək mühüm faydalar yaratmaqdadır. Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildi. Dövlətimizin başçısı bildirdi ki, atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildi. Xüsusilə ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edildi. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli faktorudur. Dövlətimizin başçısı bildirdi ki, atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.

COP29 – AZƏRBAYCANDA HƏMRƏYLİK TƏDBİRİ

Prezident İlham Əliyev Forumda çıxışı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri barədə də ətraflı məlumat verib. COP29-u qlobal miqyasda ən mühüm hadisələrdən biri, dünyada bir nömrəli konfrans kimi dəyərləndirən Prezident İlham Əliyev belə bir tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini vurğulayaraq bildirib ki, bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq: “Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik”.

Prezident İlham Əliyev, həmçinin bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Dövlət başçımız COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayıb. Amma bəziləri hələ də bu ali məqsədi anlamaq istəmirlər. Bu məqama toxunan dövlətimizin başçısı deyib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

Bəli, bu gün Azərbaycan dövlət başçısının dünyada qazandığı yüksək nüfuz bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, qlobal məsələlərdə yüksək fəaliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və təqdirəlayiq hesab edilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu da bir daha göstərdi ki, dünya ölkələri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir».

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq». Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.Və bu gün Azərbaycan dövlət başçımızın söylədiyi kimi: «Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir».

Dövlət başçısı İlham Əliyev Forumda tədbir iştirakçılarının suallarını əsaslı şəkildə cavablandırmaqla həm Azərbaycanda, həm də regionda baş verən hadisələri, yenilikləri onların diqqətinə çatdırdı. Dezinformasiyaların geniş vüsət aldığı, ciddi problemlərə yol açdığı bir zamanda belə Forumun keçirilməsi həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin reallıqlarının təqdimatına öz töhfəsini verir. Həmişə olduğu ki, odlar yurdu Azərbaycan dünyanın diqqət mərkəzindədir: Öz haqq səsi ilə, misilsiz inkişafı və qüdrətli dövlətçiliyi, möhtəşəm zəfərləri ilə.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər