Siyasət

  • 1 396

Müqəddəs Taxt-Tacın rəsmi nəşrində Qafqaz Albaniyası abidələrinin tarixi işıqlandırılıb

image

Müqəddəs Taxt-Tacın rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetində “Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət” sərlövhəli məqalə dərc edilib. SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Qafqazda Alban Apostol Kilsəsinin yaranması tarixinə geniş yer verilən məqalədə mühüm tarixi faktlar və həqiqətlər vurğulanıb.Yazıda Qafqaz Albaniyasının ilk kilsəsinin Şəki rayonunun Kiş kəndində tikildiyi, ilk paytaxtının Qəbələ şəhəri olduğu diqqətə çatdırılıb. Eyni zamanda XII əsrdə Alban kilsəsinin intibah dövrünü yaşadığı, bu dövrdə yeni kilsələrin tikildiyi, ən qədimlərinin bərpa edildiyi, yeni memarlıq nümunələrinin yaradıldığı qeyd edilib. Bu xüsusda Ağdərə rayonunda yerləşən Xatirəvəng, Gəncəsər monastırları, Kəlbəcər rayonundakı UNESCO tərəfindən ümumdünya əhəmiyyətli abidə kimi qeydə alınan Xudavəng monastırı barədə məlumatlar verilib, eləcə də digər dövlətlərin ərazisindən gələn ermənilərin Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinə köçürülməsini nəzərdə tutan Türkmənçay müqaviləsinin imzalanması ilə əsassız şəkildə başlanan Qafqaz Albaniyası irsinin qriqorianlaşdırılması cəhdlərinə toxunulub.Qeyd edək ki, yazının müəllifi Rossella Fabiani Azərbaycanın Vatikandakı Səfirliyi, Heydər Əliyev Fondu və Dövlət Komitəsinin təşkilatçılığı ilə cari ilin 22 iyun-02 iyul tarixlərində Azərbaycana səfər edib. Jurnalist səfər çərçivəsində Quba, Qəbələ, Oğuz, Şəki, Ağdərə, Xocavənd, Kəlbəcər, Laçın rayonları, həmçinin Şuşa şəhərindəki kilsə, sinaqoq və Azərbaycanın qədim Xristian irsi olan Alban abidələrini ziyarət edib. Qonaq Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-Udi Xristian dini icması, eləcə də qəsəbədə yerləşən “Müqəddəs Məryəm Ana”, “Müqəddəs Yelisey” (Cotari) kilsələri ilə tanış olub, Alban Xristian irsi barədə ətraflı məlumat alıb.Məqalə ilə daha geniş formada aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

Digər xəbərlər