Siyasət

  • 1 087

Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub - CEYHUN BAYRAMOV

image

Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu ölkələrin maraqlarını dünyaya çatdırıb. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə keçirilən mətbuat konfransında deyib.O qeyd edib ki, Azərbaycanla Afrika İttifaqı arasında sıx əlaqələrə xüsusi diqqət göstərilir:“Somali XİN başçısının bu səfəri ölkələrimiz arasında dostuq və əməkdaşlığın, artan siyasi dialoqun bariz nümunəsidir. Biz 2024-cü ildə diplomatik münasibətlərin 20 illiyini qeyd edirik. Bir sıra hallarda biz beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlığı qeyd edirik. Bizim son təmasımız İƏT-in Qambiyanın paytaxtında keççirilən konfransı zamanı oldu.İkitərəfli əlaqələrdən əlavə olaraq, xüsusilə beynəlxalq platformalarda Somali ilə əməkdaşlığa böyük önəm veririk. BMT, İƏT və QH çərçivəsində əməkdaşlıq buna nümunədir. 2025-2026-cı illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə mən Somalini təbrik edirəm. Bu beynəlxalq miqyasda sülhə və əməkdaşlığa Somalinin verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsinin göstəricisidir”.

Digər xəbərlər