Siyasət

  • 768

Nəsimi rayonunda imzatoplama kampaniyası

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının seçki qərargahında 01.09.2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədlərinin müdafiəsi üçün imza toplayacaq partiya fəallarına təlimlər keçirilib. İmzatoplama prosesinə 21 nəfər partiya fəalı cəlb olunub. Təlimdə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq imzatoplamanın qaydaları bir daha izah edilib, partiya fəalları arasında iş bölgüsü aparılıb və müvafiq tapşırıqlar diqqətə çatdırılıb.

İyulun 24-də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının fəalları 21 saylı Nəsimi-Binəqədi, 22 saylı Nəsimi-Yasamal və iyulun 25-ində 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə tələb olunan sayda imza toplayıblar.

Yüksək aktivlik şəraitində baş tutan prosesdə Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının 21-dək fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqəsini doldurmaq üçün dairə hüdudları üzrə sakinlərlə, o cümlədən şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, 18 yaşı tamam olmuş və ilk dəfə səs verəcək şəxslərlə görüşüb, eyni zamanda, rayon təşkilatının qərargahında da imza toplayıblar.

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov imzatoplama kampaniyası ilə əlaqədar bildirib ki, seçicilər kütləvi şəkildə və həvəslə imzatoplama kampaniyasında iştirak edib, Yeni Azərbaycan Partiyasının namizədlərinin müdafiəsi üçün imzalarını veriblər.

İmzatoplama kampaniyası 2 gün davam edərək, uğurla yekunlaşıb.

Digər xəbərlər