Siyasət

  • 994

"Fransa dünya demokratiyasını gözdən düşürmüş bir dövlətdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Tarixdən məlumdur ki, olimpiya oyunları keçirilən zaman dövlətlər müharibələrə ara verərdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.O bildirib ki, elə bir ənənə yaranmışdı ki, olimpiya oyunları sülh oyunlarıdır: "Amma təəssüf ki, bu ənənə uzun illərdir pozulur və onu pozanlardan biri özünü demokratiya təmsilçisi olan ölkələrdən biri sayan Fransadır. Fransa bir tərəfdən olimpia oyunlarını keçirir. Bu oyunların keçirilməsinə ölkə daxilində çoxlu etirazlar var, bu başqa bir məsələdir. İkinci tərəfdən Ermənistanı silahlandırır. Əgər Fransa regionda sülh istəsəydi, Ermənistanı silahlandırmamalı idi.Soruşulur ki, Ermənistanı silahlandırmaqda məqsəd nədir? Burada məqsəd təkcə Rusiyanı regiondan vurub çıxarmaq deyil, eyni zamanda gələcəkdə bu regionu yenidən qan çanağına çevirməkdir. Ona görə də Fransanın demokratiyadan danışmağa haqqı yoxdur. Münaqişələr, müharibələr zamanı insanların hüquqları pozulur. Onların yaşamaq üçün imkanları məhdudlaşdırılır və ya itirilir. Belə olan halda Fransa necə demokratiyadan, haqq-ədalətdən danışa bilər? Fransa dünya demokratiyasını gözdən düşürmüş bir dövlətdir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər