Siyasət

  • 1 360

“Zəngəzur dəhlizi beynəlxalq güclərin maraq dairəsinə çevrilib” - DEPUTAT DANIŞDI

image

"Bu gün dünya nizamı özünün çətin dövrünü yaşaması fonunda ənənəvi nəqliyyat dəhlizlərində çətinliklərin yaranması yeni nəqliyyat dəhlizlərinin əhəmiyyətini günü-gündən artırır. Bu baxımdan, ölkəmizin ərazisindən keçən Orta Dəhliz Asiya ilə Avropa arasında yük daşımaların həyata keçirilməsində ən rentabelli nəqliyyat marşurutu hesab olunur. Bu marşrutun tərkib hissəsi olan Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçir və bu dəhlizə nəzarət uğrunda mübarizə Rusiya, Qərb və İran arasında dərinləşməkdədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Zəngəzur dəhlizin açılması 10 noyabr 2020-ci ildə imzalnamış üçtərəfli Bəyayana əsasən Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməli idi: "Amma Ermənistan bu Bəyannamənin digər maddələrini olduğu kimi bu maddəni də icra etmək istəmir. Qərb isə Zəngəzur dəhlizinə nəzarəti almağa çalışır. Çünki, bu gün nəqliyyat dəhlizləri kimin nəzarətindədirsə, o da o ölkədə söz sahibinə çevrilir. Bu baxımdan Ermənistanda Qərblə Rusiya arasında ziddiyətlərin dərinləşməsinin kökündə dayanan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Təbii ki, İran Zəngəzur dəhlizi öz nəzarəti altında saxlamağa çalışır. Ona görə də bu dəhlizin açılmasına qarşıdır və Azərbaycanla Naxçıvan arasında əlaqəni öz ərazisndən yaradılmasına çalışır. Hətta Zəngəzur dəhlizi açılacağı təqdirdə də İran bu dəhlizə nəzarətini öz üzərinə götürməyə çalışır. İran bunu təhlükəsizlik baxımından da vacib hesab edir. Yəni, dəhlizə nəzarət etmək bu dəhliz üzərindən keçirlən yüklərə nəzarət etmək deməkdir. Bu baxımdan Orta dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi beynəlxalq güclərinin maraq dairəsinə çevrilmişdir və ona görə də açılması ləngiməkdədir. Ölkəmiz üçün isə Zəngəzur dəhlizin istifadəyə verilməsi və Naxçıvana manesiz keçidin təmin olunması maraqlıdır. Bu marşurutun reallaşacağı gecikəcəyi təqdirdə isə Azərbaycan İran üzərindən yeni yol infrastrukturu istifadə etməyə başlayacaq və Ermənistan yenə də dalanda qalmaqda davam edəcəkdir. Zəngəzur dəhlizin qısa zaman kəsiyində açılması Ermənistanın öünə böyük iqtisadi gəlirlər gətirəcəkdir. Belə ki, Zəngəzur dəhlizi təkcə nəqliyyatla kifayətlənməyəcək. Bu, həm də yeni enerji dəhlizlərin meydana gəlməsini aktuallaşdıracaqdır. Bu da Ermənistana tranzit daşımalardan gəlirlərin əldə edilməısinə yeni imkanlar qazandıracaqdır. Zəngəzur dəhlziinin açılmaması isə Ermənistanı bundan sonra da dalan ölkə kimi qalmasına yol açacaq".

Digər xəbərlər