"Qərb 44 günlük Qarabağ müharibəsində və sonrakı müddətdə Ermənistanı silahlandıraraq bölgədə qarşıdurmanı gücləndirir. Bu addım iki ölkə arasında gərginliyi qoruyub-saxlamaq siyasəti yürüdür, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını pozmaq istiqamətində addımlar atılmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.Deputat bildirib ki, bəzi Qərb ölkələri və Hindistan birtərəfli qaydada Ermənistanı silahlandırmaq kimi çirkin planını həyata keçirməyə çalışır: "Görünən odur ki, Qərb Ermənistanı silahlandırmaq siyasətini heç bir vəchlə dayandırmaq fikrində deyil. Hədəfi də bəllidir - Azərbaycanla Ermənistan arasında sülhün Ermənistanın xeyrinə nizamlanması prosesində “vasitəçi” rolunu oynamağa çalışır. Bu plan baş tutmadıqda isə regionu yeni hərbi eskalasiyaya sövq edir.Hindistan özü hazırda dünyada silah sənayesində öncül ölkələrdən deyil, xüsusən də modern silahlar sahəsində. Dehli özü hazırda dünyada ən çox silah alan ölkələr sırasında yer alır. Lakin eyni zamanda, silah istehsalı həyata keçirir və bunun bir qismini satır. Hindistanın silahları Ermənistanı Azərbaycan qarşısında gücləndirmək iqtidarında deyil, lakin bu silahlanma Ermənistanda revanşist qüvvələrin əl-qolunu açır. Başqa sözlə, Hindistanın verdiyi silahlar erməniləri yeni təxribatlara sövq edir.Ancaq Hindistan yalnız silah satmaqla Ermənistanı dəstəkləmir, həm də siyasi-diplomatik cəbhədə düşmən ölkə ilə tərəfdaşlıq edir. Məsələn, sentyabrın əvvəlində Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar BMT-də müzakirə olunan zaman Hindistan nümayəndəsi çıxış edərək açıq-aşkar işğalçı Ermənistanı dəstəkləyib və Azərbaycanı “təcavüzkar tərəf” adlandırıb"."Azərbaycanın Hindistanla yaxşı əlaqələri mövcuddur. Tez-tez Bakıda Hindistan sərgiləri, birgə toplantılar keçirilir. Hindistan və Azərbaycanın ciddi ikitərəfli iqtisadi və ticarət əlaqələri mövcuddur. Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Lakin bütün bunlara baxmayaraq, Dehli müəyyən səbəblərdən Ermənistanı seçib. Aydın məsələdir ki, burda əsas səbəb Azərbaycanın Pakistanla yaxınlaşması, rəsmi Bakının beynəlxalq platformalarda Pakistanın mövqeyini dəstəkləməsi, Kəşmir münaqişəsi ilə bağlı İslamabadın yanında dayanması bu məsələdə rol oynayır. Dövlətimiz hər zaman beynəlxalq məsələlərdə haqlı mövqedən çıxış edib, bundan sonrada bu belə olacaqdır" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə