PDF Oxu

Siyasət

  • 2 364

"Həm Fransa, həm də ABŞ-la "xalçaaltı oyunlar" gedir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Həm Fransa, həm də ABŞ-la "xalçaaltı oyunlar" gedir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"İran-Azərbaycan münasibətlərində nisbətən yaxşılaşma baş verəcək, amma daha yaxşı olacağı bir az inandırıcı görünmür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.O bildirib ki, çünki prezidentə onun prezident olması barədə Xomeyninin təqdim etdiyi sənəddən sonra çıxışı zamanı Xomeyni bildirdi ki, İranın tutduğu yoldan və dindən dönməyəcəksən: "Yəni bu, o deməkdir ki, İranın istər Türkiyəyə qarşı, istər Ermənistanla qonşuluq, daha doğrusu, qardaşlıq münasibətləri Azərbaycanın xeyrinə olmayan məsələlərdir. O cümlədən Azərbaycana qarşı olan qısqanclıq məsələləri də var. Nəzərə alsaq ki, 44 günlük müharibə müddətində, ondan sonra da İran uzun müddət Azərbaycanı təhdid etdi. Bu gün də təhdid edir. Baxmayaraq ki, Azərbaycanla münasibətlərdə kifayət qədər irəliləmələr var. Amma molla rejimi daha çox alınmış sifarişlə öz siyasətini həyata keçirir. Görünən odur ki, onların pərdəarxası oyunları var. Bunu daha çox Ermənistan üzərindən eləyirlər. Həm Fransa, həm də ABŞ-la "xalçaaltı oyunlar" gedir. Biz bunun ancaq nəticələrini üzdə görürük".Onun sözlərinə görə, hal-hazırda İran həm Türkiyəyə, həm də Azərbaycana qarşı heç də xoş olmayan "qardaşlıq" münasibətlərini sərgiləmir: "Pezeşkian gəlsin, onun sabah andiçmə mərasimidir. Ondan sonra yaxın iki həftə ərzində hökumətinin tərkibini elan edəcək. Daha sonra da Pezeşkian haqqında nəsə proqnozlaşdırmaq olar. Adam bir qara qutudur. Bu qara qutunun içində nələr var, hansı məqsədlə gətirilib, bütün bunlar ortaya çıxacaq. İnanaq ki, Pezeşkian İran-Azərbaycan, İran-Türkiyə münasibətlərinin daha yaxşı olmasına çalışacaq".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər