“Azərbaycanda parlament seçkilərinə hazırlıq ən yüksək formada davam edir. Demokratik mühitin yaratdığı şərait formasında siyasi partiyalar, vətəndaş cəmiyyəti institutunun fəalları, tanınmış media nümayəndələri öz namizədliklərini irəli sürüblər. Namizədlərin artıq bir neçə həftə sonra təbliğat işinə start veriləcək və demokratik mühitin bütün şərtlərini yerinə yetirərək, seçkilərdə aktiv şəkildə öz təbliğat-təşviqat işlərini həyata keçirəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, AŞPA da daxil olmaqla bəzi imperialist Qərb qüvvələri müşahidə adı altında növbədənkənar parlament seçkilərindən istifadə edərək Azərbaycana gəlmək, siyasi vəziyyəti qarışdırmağa çalışa bilərlər: “Avropa institutlarının bundan əvvəlki dövrlərdə də seçkini müşahidə adı altında ölkənin ictimai-siyasi həyatında xaos yaratmağa çalışdığını dəfələrlə açıq şəkildə müşahidə etmişik. Buna görə də seçkilər ərəfəsində hansısa Avropa İnstitutunun və beynəlxalq təşkilatların seçki ərəfəsində xaos yaratmağa çalışacaqlarının real olduğunu düşünürəm. Lakin Azərbaycan artıq Avropa təşkilatlarının, Qərb imperialist institutlarının bu təxribatlarına öyrəşib. Biz demək olar ki, hər seçki dövründə bu cür addımların şahidi olmuşuq. Bu baxımdan da hansısa təşkilatların seçkini müşahidə adı altında ölkəmiz əleyhinə qərəzli bəyanatları olarsa belə, bu, bizim siyasətimizə və ortaya qoyduğumuz mövqeyə hansısa formada təsir göstərə bilməz”.
Müəllif: Səbinə Hüseynli
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...