PDF Oxu

Siyasət

  • 3 883

Millətin varlığını müəyyənləşdirən amillərdən biri onun Ana dilidir ŞƏRH

Millətin varlığını müəyyənləşdirən amillərdən biri onun Ana dilidir ŞƏRH

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. Azərbaycanda müstəqillik qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalq­larının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azər­baycan əlifbasının bərpasını zəruri etdi. Azərbaycan Respubli­kasında hə­min vaxtdan müstəqil tədricən latın qrafikalı milli əlifbamı­za keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və onun 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən gerçəkləşdi. Ulu Öndər Heydər Əliyev latın qra­fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə­zərə alaraq 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbay­can Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan dili Azərbay­can Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ün­siyyət vasitəsidir.

Ulu öndər Heydər Əliyev: Ana dilimiz müstəqqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına, xalqımızın xoşbəxt gələcəyinə bütün həyatını həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini saymaqla bitməz. Bunlardan Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli və s. misal göstərmək olar.

Ümummilli lider H.Əliyevin təşəbbüsü ilə 1995-ci il oktyabrın 31 də Azərbaycan Respublikasının Kanstitusiyasının dövlət dili maddəsi ilə Azərbaycan dilinin haqqı qanunu olaraq özünə qaytarıldı. noyabrın 12 də qəbul olunan Konstitusiya-da Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Məhz buna görə də ana dili hər bir xalqın qürur mənbəyidir.Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması vacib addımlardan biri olmuşdur. Fərmanda 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı və qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Müasir dövrdə Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir. Azəraycan dilinin dövlət dili kimi təsis edilməsi Heydər Əliyevin Azərbaycan xalqı qarşında ən qiymətli tarixi xidmətlərindən biridir.

Qeyd etməliyəm ki , Azərbaycan hökumətinin qərarı əsasında 1922-ci ildə yeni Əlifba Komitəsinin yaradılma­sı, həmin komitəyə Azərbaycan dili üçün la­tın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk cid­di addım oldu. Tarixə nəzər salsaq görərik ki, 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi və 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etiba­rən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. 1940-cı il yanvarın 1-dən həmin əlifba ki­ril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini unutmamalı, onları daim təbliğ etməlidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər