PDF Oxu

Siyasət

  • 1 884

"Qərbin stabilliyi pozmaq cəhdləri alınmayacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qərbin stabilliyi pozmaq cəhdləri alınmayacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hal-hazırda dünyada baş verən siyasi kataklizmlərə həm siyasi, iqtisadi, həm hərbi kontekstdən baxsaq, görərik ki, gərginlik, müharibələr var". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.O bildirib ki, terrorlar, dövlətlərin təhdid olunması, iqtisadi natarazlıq mövcuddur və bütün bunlar əsasən də, yoxsul, inkişaf etməyən dövlətlərə çox ciddi təsirini göstərir: "Azərbaycan çox nadir dövlətlərdən biridir ki, müstəqil və milli maraqlarına uyğun siyasət həyata keçirir. Digər təzyiqlər və təhdidlər Azərbaycanda heç bir təsir göstərə bilmir. Vətən müharibəsindəki qələbəmiz və ondan sonra həm geosiyasi, həm qlobal arenada artan nüfuzumuz onu deməyə əsas verir ki, müstəqil və milli maraqlar kontekstində olan siyasət uğurludur və bəhrəsini verməkdədir. Biz 20-ci ildən sonra bölgədə yeni siyasi konfiqurasiyanı da formalaşdırırıq. Azərbaycanın Cənubi Qafqazda təsiri çox böyükdür və Azərbaycansız burada hər hansı bir geniş layihənin icra olunması mümkün deyil. Həmin layihələr bir hab formasına gətirib çıxardılmasına xidmət göstərir. Orta dəhlizin, Zəngəzur dəhlizinin ətrafında olan hərəkətlər, bəyanatlar bir daha Azərbaycanın dünyadakı önəmini göstərməkdədir. Bütün bu böyük transmilli layihələrin müəllifinin ən azı birinin Azərbaycan olması, hərəkətverici qüvvə olaraq ölkəmizin həmin məsələlərdə lokomotiv olması üzərimizə gələn güclərin də sayını artırıb. Amma bu bizi daha da güclü edir, daha da qətiyyətli siyasət keçiririk"."Əsas məsələ də həm bölgədə sabitlikdir, həm də ölkəmizdə stabilliyin və sabitliyin qorunub saxlanılmasıdır. Qərbin 44 günlük Vətən müharibəsindən öncəki məsələlərdə mövqeyi torpaqlarımızın 30 ilə yaxın işğal altında olan zaman yarıtmaz münasibəti, həm MİNSK qrupunun rolu ilə, həm digər sahələrdə qələbəmiz sonrakı proseslərə də post müharibə dövründə də Qərbin bir çox hallarda sülhdən, strateji münasibətlərdən danışsa da, əslində onun əksini etdiyini, hətta Ermənistanın silahlanmasında bölgədə eskalasiyanın mövcud olmasında maraqlı kimi görünməsini göstərməkdədir. Qərb Orta dəhlizin imkanlarından yararlanmaq istəyir. Bu məsələdə Azərbaycanın mövqeyi açıq-aydındır, bütün əməkdaşlığa hazırdır. Əsasən səmimi, sülhə xidmət edən əməkdaşlıq, keçdiyi ərazilərdə stabilliyi, əmin-amanlığı daha çox tələb edir. Azərbaycan da bu mənada əlindən gələni etməyə çalışır ki, həm Ermənistanla sülh müqaviləsi imzalanması, həm də bu bölgədə daimi stabillik və sabitliyin olması təmin edilsin. Bunun üçün öz üzərinə düşən bütün vəzifələri icra etməkdədir. Qərbin və digər qüvvələrin isə burada hər hansı stabilliyi pozmaq cəhdləri düşünürük ki, alınmayacaq. Çünki Azərbaycan və onun Prezidentinin qətiyyəti, qəti mövqeyi, ağıllı düşünülmüş siyasəti var. Bu mənada dost ölkələr də var. Onlar da daha çox səmimi münasibət göstərirlər və özlərinin konkret, doğru mövqeləri ilə bir daha bu yolların stabil, sabit, qarşılıqlı əməkdaşlığa xidmət etməsinin əsas məsələ olduğunu ortaya qoyurlar. Bu da bizim ümumi mövqeyimizdir. Bunun əksini düşünən və əks hərəkət etmək istəyən ölkələr isə heç bir uğur qazana bilməyəcəklər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər