“Bu gün Fransa deyəndə ağıla ilk gələn rəzil idarəçilik, bu idarəçiliyə etiraz edən sadə insanlara, hətta fermerlərə qarşı zirehli texnikadan istifadə edən hakimiyyət, iqtisadi böhranın hökm sürdüyü, həmçinin mədəni və mənəvi aşınmanın son həddə çatdığı ölkə gəlir. Bu da səbəbsiz deyil. Çünki Emmanuel Makronun rəzil və biabırçı idarəçiliyi Fransanı iflas həddinə çatdırıb”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib. Onun sözlərinə görə, Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılışı mərasimindən sonra isə Fransa daha bir mənfi ünvan qazandı: “Bəlli oldu ki, Makron Fransası təkcə müsəlman sivilzasiyasına qənim kəsilməyib. Bu rəzil komanda həm də Qərbdə, Avropada sivilizasiyanın və xristian mədəniyyətinin süqutu üçün əlindən gələni edir. Bunu artıq Qərbin aparıcı media orqanları da yazır. Elə açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası zamanı yol verilən əxlaqsız nümayiş də deyilənləri təsdiqləyir. Medianın da qeyd etdiyi kimi, bu nümayiş Qərb sivilizasiyasının tamamilə dağılmasını, Olimpiya bayramının və onun ideallarının transgenderlərin paradına çevrilməsini açıq şəkildə göstərdi”.
F.Əliyevin sözlərinə görə, əslində, bu olduqca ciddi təhlükədən xəbər verir: “Dünya düzəni, insanlıq həm də dini inanclara, dini-mənəvi dəyərlərə söykənərək inkişaf edir. Amma biz görürük ki, Fransa hakimiyyəti, konkret olaraq Makron və onun komandası bütün gücünü bu inancları, dini-mənəvi dəyərləri məhv etməyə yönəldib. Necə deyərlər, Makron və komandası hazırda satanistlərin müttəfiqi kimi hərəkət edir. Bu isə bəşəriyyətin bu günü və sabahı üçün heç də xoş nəticə vəd etmir”.
Müəllif: Səbinə Hüseynli