Sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına sayılı günlər qalıb. İddialı namizədlər təbliğat-təşviqat dövrünün imkanlarından istifadə etməklə öz platformalarını, görəcəkləri digər işlər barədə seçicilərə məlumatlar verəcəklər. Təbii ki, bu zaman rəqib namizədlər arasında debatların, diskusiyaların olması mümkündür. Daha doğrusu, debatların təşkili vacib seçki prosesindəndir. Bu zaman seçici kimin daha mükəmməl namizəd olduğunu və onları Milli Məclisdə təmsil edə biləcəyini aydınlaşdırmaq imkanı qazanacaq. Əminliklə demək olar ki, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin danışmağa kifayət qədər sözləri və fikirləri var. Bu baxımdan YAP-ın namizədlərinin istənilən siyasi partiyanın namizədi ilə debatda üstünlük əldə edəcəyi şübhəsizdir. Bunu istər “boykot”çular, istərsə də seçkiyə qatılan və şanslarını yoxlamağa çalışan istənilən partiyanın namizədləri çox yaxşı anlayırlar. Ona görə də, müxtəlif şoular və məzhəkələrlə cəmiyyətimizin ləyaqətli insanlarından olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə qarşı qarayaxma kampaniyası aparırlar. Bu istiqamətdə Milli Şuranın və AXCP-nin trol dəstəsi daha çox fəallıqları ilə seçilirlər. Əli Kərimlinin sosial şəbəkələrdə saxladığı muzdlu “trol” və “saxta profil” dəstəsi hər gün eyni şər və böhtanları səsləndirir və eyni sifarişli tezisləri ifadə edirlər.
Ə.Kərimli normal vəziyyətdə deyil
Dağıdıcı müxaliflər özlərinin ağılı ilə seçkiləri “boykot” ediblər. Hətta Ə.Kərimli Qənimət Zahidin TV-sinə verdiyi açıqlamasında utanıb-çəkinmədən iddia edib ki, guya onların “boykot” taktikası olmasa idi, cəmiyyətdə seçki ab-havası hiss olmayacaqdı. Əlavə olaraq o fikri də vurğulayır ki, onların “boykot” qərarı seçki prosesinə heç bir təsir göstərməyəcək. Hər iki fikrini analiz edərkən o nəticəyə gəlmək olar ki, Ə.Kərimli normal vəziyyətdə deyil. Yəni onun ağır psixoloji durumda olduğu sezilir. Çünki ağlı başında olan normal insan bir-birinə zidd fikir söyləyə bilməz. Xüsusilə də, özünü siyasətçi olaraq cəmiyyət sırımağa çalışan şəxs fikirlərini ölçüb-biçdikdən sonra dilə gətirməlidir. Ə.Kərimlinin düşünmədən fərqli fikirlər söyləməsi onun ağır psixoloji vəziyyətdə olduğunu göstərir. Bu da başa düşüləndir. Ən azı ona görə ki, AXCP nəinki cəmiyyətdə, eyni zamanda, müxalifət düşərgəsində belə qəbul edilmir. Yəni AXCP düşərgə daxilində təklənmiş vəziyyətindədir. Digər tərəfdən Ə.Kərimlinin xaricdəki antimilli ünsürlərlə də ciddi problemləri yaranıb. Səbəb də xaricə qaçıb müxtəlif çətirlərin altına sığınan Arif Məmmədov, Sevinc Osmanqızı, Trol Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digərləri Ə.Kərimlini qorxaqlıqda günahlandırır və dolayısı ilə ayrılan maliyyə vəsaitlərini havaya sovurmaqda ittiham edirlər. Hətta ABŞ-da məlum qaranlıq qüvvələrin əlaltısı olan Sevinc Osmanqızı TV-sində Ə.Kərimlinin çıxışlarına qadağa qoyub. Halbuki, ABŞ-a vaqe olan dəqiqədən S.Osmanqızı Ə.Kərimli ilə eyni düşünüb hərəkət edib, birgə addımlar atıblar. Hər gün Ə.Kərimli Sevinc Osmanqızının TV-sinin qonağı olub, qaranlıq dairələrin mətbəxtində hazırlanaraq onlara təqdim olunan tezisləri ifadə edirdi. İndi isə “yaxın dost”lar arasında bütün körpülər yanıb. Hazırda hər iki tərəf bir-birini xəyanətdə, satqınlıqda günahlandırırlar. S.Osmanqızı bir qədər də irəli gedərək Ə.Kərimlini və ətrafını hakimiyyətə işləməkdə ittiham edir. Təbii ki, tərəflər arasında baş verən qarşıdurmanın kökündə dayanan başlıca səbəb Ə.Kərimlinin xəstə ağac kimi günü-gündən çürüməsidir. Vəziyyət bu cür davam edəcəyi təqdirdə Ə.Kərimli tam şəkildə iflasa uğrayaraq siyasət meydanını tərk edəcək.
Nurəddin Məmmədli AXCP-nin yeni qurultayının gündəliyindən narahatdır
Bu arada AXCP-nin “Siyasi partiyalar haqqında qanun”un tələbinə uyğun olaraq yeni qurultayına hazırlaşması müəyyən maraqlı məlumatlar üzə çıxarıb. Məlum olur ki, Ə.Kərimlinin ağır psixoloji vəziyyətdə olmasının səbəblərindən biri də qurultaya hazırlıqların onun planlarına uyğun getməməsidir. Birincisi ona görə ki, Ədliyyə Nazirliyini reyestrindən təkrar qeydiyyatdan keçmək üçün təqdim etdiyi 5 şəxsin yarıdan çoxu hazırda fərli siyasi partiyalara transfer ediblər və ya partiyadan istefa veriblər. Bu isə qurultay şousu baş tutsa belə, yekun nəticələrlə bağlı protokolların Ədliyyə Nazirliyinə təqdim edilməsində ciddi problemlər yaradacaq. İkincisi, qurultay parlament seçkilərini “boykot” etdiklərinə görə Ə.Kərimli başda olmaqla kollegial orqanlara etimadsızlıq göstərə bilər. Məhz bu amilləri nəzərə aldığından Ə.Kərimli qurultayın süni şəkildə vaxtını uzatmağa çalışır. Vəziyyətdən çıxmaq üçün Ə.Kərimli AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədlini qabağa verməklə problemi üzərindən atmağa çalışır. Fars-molla rejiminin əmmaməli mollalarından heç nə ilə fərqlənməyən N.Məmmədli qurultaya hazırlıqla bağlı danışarkən özünü tam şəkildə rüsvay edir. Bu 81 yaşlı məxluq gah qurultaya hazılıqların normal axarı ilə getdiyini deyir, gah da süni əngəllərlə üzləşdiklərini iddia edir: “AXCP-nin qurultayının nəticələri tanınmadı. Bu səbəbdən hazırda partiyanın növbədənkənar qurultayının keçirilməsinə hazırlıq gedir. Ölkənin hər yerində rayon şöbələrinin məclisi, ümumi yığıncaqları və konfransları keçirilir. Bu tədbirlər həddən artıq çox olduğuna görə, kimlərisə fərqləndirib şəkillərini paylaşmaq istəmirəm”. 79 yaşlı zavallı sayıqlamağı da unutmayır: “Dövlət orqanlarının səlahiyyətlilərinə səslənirəm ki, vaxtınız olduqca, sosial şəbəkələrdə bu hadisələrin gedişini izləyin”. Bu qoca məxluq elə başa düşür ki, dövlət orqanlarının hansısa əməkdaşı işini –gücünü atıb, onların sərsəm, heç kimə lazım olmayan statuslarını izləməli, videolarına baxmalıdır. Nurəddin Məmmədli iki dədəf Azərvbbaycan professoru olmasına baxmayaraq 5-ci sinif şagirdi qədər savadı yoxdur. Savadı olsa idi anlayardı ki, onların fəaliyyətləri cəmiyyət üçün maraqsızdır. Bu, ona dəlalət edir ki, hamı irəliyə can atanda N.Məmmədli geriyə addımlayır. Qurultaya gəlincə isə, söz yox ki, tədbir baş tutmayacaq. Çünki rayon şöbələrinin əksəriyyəti buralıb, məclis üzvləri fəaliyyətlərini dayandırıblar. Bunun fonunda AXCP-nin kollegial orqanlarında Ə.Kərimlinin parlament seçkilərini “boykot” qərarına narazılıqlar var. Bu və digər amillər səbəbindən AXCP-nin qurultayı baş tutmayacaq. Nəticədə Ə.Kərimli yenidən hay-küy qaldırıb, diqqəti qurultaydan yayındırmağa çalışacaq. Lakin qanun hər şeydən üstündür. Ə.Kərimli qanuna riayət etməsə, AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılacağı şübhəsizdir.
İLHAM ƏLİYEV