PDF Oxu

Siyasət

  • 2 907

"Bizi ayaqda saxlayan ən mühüm təməllərdən biri dilimizdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bizi ayaqda saxlayan ən mühüm təməllərdən biri dilimizdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan əlifbası və dili gününün 2001-ci il avqustun 1-dən etibarən qeyd edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.Millət vəkili bildirib ki, bu, ana dilimizə və əlifbamıza böyük hörmət, ehtiram və qayğının nümunəsidir: "Bizi ayaqda saxlayan ən mühüm təməllərdən biri dilimizdir. Ana dilimiz bizim milli varlığımızdır. Dil bütün millətin sərvətidir. Tarix boyu müxtəlif təzyiqlərə baxmayaraq ana dilimiz öz varlığını qoruyub, saxlayıb və inkişaf etdirib. Bu gün ana dilimizdə beynəlxalq toplantılar keçirilir. Dünyanın müxtəlif universitetlərində Azərbaycan dilini öyrədən mərkəzlər fəaliyyət göstərir.Dilimizin saflığını qorumaq hər bir şəxsin xüsusən, ziyalıların borcudur. Hələ 70-ci illərdə Ulu Öndər Heydər Əliyev deyirdi ki, dilin qoruyucusu millətdir, dilin saflığını qorumaq gərəkdir, ana dilimizin "zibillənməsinə" yol vermək olmaz. Bu gün ana dilimizdə ən mükəmməl, ən yaxşı danışmağın nümunəsi Cənab Prezidentimiz İlham Əliyevin çıxışlarıdır".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər