Son iki yüz il ərzində Azərbaycan xalqının başına gətirilən mili faciələrin, dağıntıların əsas müəllifi erməni terrorçu toplumu olub. Təkcə son iki yüz il ərzində erməni toplumunun vəhşiliyi nəticəsində iki milyona yaxın azərbaycanlı qətlə yetirilib, yüzlərlə kənd, qəsəbə şəhər yer üzündən silinib, tarixi abidələr, memarlıq nümunələri vandallığın qurbanı olub. Vəhşi toplum azərbaycanlıların qanını tökməkdən, yurd-yuvasını viran qoymaqdan doymayıb, daha da vəhşiləşib, yeni qırğınlar törədib, dağıntılar həyata keçirib. Bu məsələ yalnız 20-ci əsrdə 4 dəfə azərbaycanlılara qarşı soyqırımlar törədib. Faşist təfəkkürlü erməni vəhşi toplumu xaricdəki ağalarının hərbi, siyasi dəstəyinə ötən əsrin 90-cı ilin əvvəllərində Azərbaycanın 20 faiz torpaqlarımızı işğala edib, 1 milyona yaxın insanı ev-eşiyindən didərgin salmışdı. 1994-cü ildən 2020-ci ilə qədər atəşkəs rejimində yaşasaq da, daim ölüm-itimlər, dağıntılar baş verib. Ermənistan müxtəlif terrorçu dəstələri önə çıxartmaqla azərbaycanlılara qarşı terror aktları həyata keçirib. Vəhşiləşmiş, insanlıq hissindən məhrum olan erməni toplumu beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd qətnamə qəbul etsə də, Ermənistan bu qərarlara əhəmiyyət verməyib. Bununla yanaşı, AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu. 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində torpaqlarımız Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad edildi. 44 günlük müharibə ilə Ermənistanın 30 ilə yaxındır ki, qurduğu mühəndis-istekam qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Dəyəri 4 milyard ABŞ dolları olan hərbi texnikası qənimət olaraq götürüldü.
Azərbaycan parlaq, hərbi siyasi qələbəsi ilə sübut etdi ki...
Bu böyük qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".
2020-ci il noyabrın 8-də Qarabağımızın incisi olan Şuşanın erməni terrorçularından təmizlənməsi ilə Qarabağa qovuşmağımızın əsas mərhələsi başa çatmış oldu. Şuşa şəhərinin azad edilməsi ilə Qarabağ münaqişəsinə nida qoyuldu və Ermənistan rüsvayçı məğlubiyyətini qəbul edib, təslimçilik aktını imzaladı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən, Qarabağın heç bir xüsusi statusu olmayacaq. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev demişdir: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi”. Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən Qələbə Paradı keçirildi. Qürurverici məqamlardan biri də ondan ibarət idi ki, müharibənin ilk günündən ürəyi, qəlbi Qarabağla döyünən qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğan Qələbə Pardında da Azərbaycanla birlikdə oldu. “Tarix təkrar olunur”-deyiblər. 100 il bundan əvvəl Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusu ilə birlikdə Bakını erməni daşnaklarından azad etmişdir. Uğurlu hərbi əməliyyatlarla Azərbaycanın bütün bölgələri erməni terrorçularından təmizlənmişdir. Bu gün də, ulularının qardaşlıq dəstəyini əsirgəməyən Türkiyə qardaşlarımız başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla erməni vandallarının Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan təmizlənməsində Azərbaycana mənəvi, siyasi dəstəyini əsirgəmədi.
Zəngəzur, Göyçə, İrəvan bizim tarixi torpaqlarımızdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında çıxışı zamanı bildirdi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: “İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman Ulu Öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik”.
Qələbə Paradında Türkiyə Ordusunun mehmeçikləri sıra keçidində qürurla və əzmlə keçdilər. Bu məqamda Türkiyə qardaşlarımızın bizə olan hədsiz rəğbətinin daha bir nümunəsi ondan ibarət idi ki, Qarabağda şəhid olan 2783 şəhidimiz sayında mehmetçik sıra keçidində iştirak etdilər. Əhsən belə qardaşlığa, var olsun belə birlik. Söz yox ki, qələbə paradımızın yolu uğurlu və xeyirli olacaq. Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Böyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlər də ümidləri artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Pardında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: “Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.
Azad edilən torpaqlarda dalğalanan bayrağımıza qürurla baxırıq
Qələbələrimizin davamı isə 2023-cü il sentyabrın 19-da Qarabağda separatçılara qarşı başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə davam etdirildi. Bu əməliyyatlarla bölgədəki bütün terrorçular zərərsizləşdirildi və terrora rəhbərlik edən Arayik, Quqasyan, Saakyan, Vardanyan və digərləri həbs olunaraq istintaqa təhvil verildi. Yaxın günlərdə isə onlar məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar. Artıq Xankəndi, Ağdərə, Əsgəran, Şuşa, Xocavənd və işğaldan azad edilən ərazilərimizdə Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Aparılan quruculuq, bərpa, tikinti işləri fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bütün bunlar Azərbaycanın gücünün, qüdrətinin nümunəsidir. Bu qələbələrlə Azərbaycan yeni bir tarix yazır. O tarix ki, nə qədər Azərbaycan dövləti və xalqı var, qələbələrimiz mövcud olacaq və millətimizə qürur gətirəcək.
İLHAM ƏLİYEV