PDF Oxu

Siyasət

  • 2 320

"Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Biz artıq danışıqlar aparırıq. Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Bu haqda da elə konstitusiya günündə Nikol Paşinyan öz hesabında bu paylaşımı edib bildirdi ki, konstitusiyada dəyişikliklər etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, indi ermənilər bildirirlər ki, konstitusiya dəyişikliyi 2026-cı ildə olacaq: "Yəni 2026-cı ilə qədər hələ xeyli müddət var. Biz tam təminat ala bilməsək ki, onlar maddəni çıxaracaqlar, o zaman, biz də qədim Azərbaycan torpaqlarını hansı ki, hələ də öz ərazimiz sayırıq, geri istəyəcəyik. Bu gündə də Qərbi Azərbaycan İcması həmin torpaqları qaytarmaq üçün iş aparır. Çünki onlar 88-89-cu illərdə vəhşicəsinə qovulublar. Bizim nə qədər soydaşlarımız erməni faşistləri tərəfindən qətlə yetirildi, evləri yağmalandı, dağıdıldı. Ona görə də hazırda Qərbi Azərbaycan İcması bu gün də çox aktiv iş aparır. Oradan qovulan 250 mindən artıq azərbaycanlının öz dədə-baba torpaqlarına qaytarılması üçün Qərbi Azərbaycan İcması çalışır. Biz ancaq BMT qarşısında bu məsələni qaldırmışıq. BMT-nin Qaçqınlar və Köçkünlər Komitəsi qarşısında bu məsələ qaldırılıb. Ancaq ərazi kimi biz bu məsələni hələ qaldırmamışıq"."Səbrlə, diplomatik yolla erməni siyasətçilərini başa salırıq ki, konstitusiyada Azərbaycana ərazi iddiası olan bəndi çıxarmalıdırlar. Düşünürəm ki, bunu ermənilər artıq dərk edirlər. Ona görə də, onlar artıq hər yerdə öz ərazilərinin 28,743 min kvadratkilometr olduğunu bəyan edirlər və tezliklə də bizim obyektiv, beynəlxalq hüquq normalarına uyğun olan tələbimizi yerinə yetirəcəklər. Əgər 2026-cı ildə də bu məsələ həll olunmasa, biz də Azərbaycan dövləti olaraq Sovet dönəmində Azərbaycan torpaqlarının alınıb ermənilərə verilməsi məsələsini qaldıracağıq. Konstitusiyada da həmin torpaqları, qədim Azərbaycan torpaqları kimi bildirəcəyik. Eyni zamanda bizim müvafiq dövlət qurumları Sovet sisteminin Azərbaycana vurduğu böyük, ağır ləkələri, cinayət hadisələrini, o cümlədən Azərbaycan torpaqlarının alınıb ermənilərə verilməsi barədə beynəlxalq məhkəmələrdə də məsələ qaldırıb həmin torpaqların geri alınmasını, Azərbaycan Demokratik Respublikasının varisi kimi bu torpaqların bizə qaytarılmasını tələb edə bilərik. Bu mənada biz gözləyirik ki, Ermənistan Azərbaycanın haqlı və obyektiv qərarına əməl edəcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər