Siyasət

  • 625

“Partiya fəalları” layihəsi çərçivəsində “Fəal qadınlar” mövzusunda görüş keçirilib FOTOLAR

image

02 avqust 2024-cü il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “Partiya fəalları” layihəsi çərçivəsində “Fəal qadınlar” mövzusunda görüş keçirilib.Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan tarixinin yarıməsrlik dövrü Ümummilli Lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyev adını Azərbaycan xalqının tarixinə əbədi olaraq yazdırıb. Onun millət, Vətən, dövlət üçün göstərdiyi xidmət, şücaət, qəhrəmanlıq unudulmazdır. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınlarının vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini fəaliyyətinin əsas aparıcı istiqamətlərdən biri hesab etmişdir. Müasir dövrdə qadınların cəmiyyətdə fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycan dövlətinin də bu istiqamətdə atdığı addımlar və əldə etdiyi nailiyyətlər danılmazdır. Azərbaycanda qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qadınların hüquqlarının müdafiəsi, qadın məsələlərinin həlli istiqamətində bütün imkanların genişləndirilməsi bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun şəkildə davam etdirilir. Cənab İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fərqlənən qadınların fəaliyyətini yüksək mükafat və fəxri adlarla qiymətləndirir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, bu gün Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir.

Tədbirdə iştirak edən Nazilə Hüseynova, Nərgiz Məmmədova və başqaları çıxış edərək Azərbaycan qadınının keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Digər xəbərlər