Siyasət

  • 1 278

“Qarşıya qoyulan bütün məqsədlərə çatırıq” - ŞƏRH OLUNDU

image

"Böyük Qayıdış prosesi cənab Prezident İlham Əliyevin təsdiqlədiyi plana uyğun olaraq həyata keçirilir. Müxtəlif qruplarla keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır. Onların məşğulluğu təmin edilir, zəruri infrastruktur şəraiti yaradılıb. Bütün bunlar dövlətimizin gücü, iradəsini nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, ərazilərimiz minalardan təmizlənir, müxtəlif inşaat və bərpa-quruculuq işləri də paralel şəkildə aparılır: "Bütün bu işlər Azərbaycan dövlət büdcəsi hesabına həyata keçirilir.
Azərbaycan xalqı qurub-yaradan xalqdır. Məhz həmin qalib vətəndaşlar sayəsində Qarabağ və Şərqi Zəngəzur nəinki ölkəmiz, bütün regionun ən çiçəklənən bölgəsinə çevriləcək. Digər tərəfdən qısa müddət ərzində böyük işlərin icrası Azərbaycan dövlətinin gücünü, böyüklüyünü göstərən amildir. Bölgədə iki beynəlxalq hava limanın inşa olunması, üçüncünün isə açılışına dair işlərin görülməsi, məktəb, bağça və xəstəxanalar da istifadəyə verilib. Bütün bunlar göstərir ki, qarşıya qoyulan bütün məqsədlərə çatırıq".

Digər xəbərlər