PDF Oxu

Siyasət

  • 2 969

“Böyük Qayıdış“ on minlərlə ailəni öz yurduna qovuşduracaq – ŞƏRH EDİLDİ

“Böyük Qayıdış“ on minlərlə ailəni öz yurduna qovuşduracaq – ŞƏRH EDİLDİ

“44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan pioritetlərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və keçmiş məcburi köçkünləri onlara aid olduğu, doğulub boya-başa çatdığı yurdlarına, evlərinə məskunlaşdırmaqdır. Ölkə başçısının tapşırığına uyğun olaraq bunun üçün çox möhtəşəm və misli-bərabəri olmayan işlər görülür. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən bu il də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün sürətli işlər görülür”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.

Siyasi analitikin sözlərinə görə, Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzuru inkişafa qovuşduracaq: “Əlbəttə, bu kimi işlərin yüksək inkişaf yoluna qədəm qoyması üçün siyasi iradə lazımdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlü olduğunu göstərir. Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış prosesi ötən müddət ərzində bir çox ərazilərimizi əhatə edib. Laçın şəhəri, Zabux kəndi, Tərtərin Talış kəndi, Füzuli və Şuşa şəhərləri və digər bərpa edilən ərazilər üzrə köç karvanları böyük coşqu ilə bu gün də davam etdirilir. Əgər 2023-cü ilin 11 ayı ərzində 3516 nəfər öz doğma yurduna dimi olaraq köçürülübsə, bu il evinə qayıdanların sayı bundan bir neçə dəfə çox olacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2026-cı ilədək 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulur. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində də demişdi ki, “Böyük Qayıdış “proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpülər inşa edilir. Bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, görüləcək işlər çoxdur. Köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq, şəhər və kəndlərimizin tarixi siması bərpa ediləcək, Qarabağ cənnətə çevriləcək”.

Digər xəbərlər