Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin İrəvanın Moskvadan uzaqlaşmaq istəməsi ilə bağlı bəyanatını şərh edib. Xarici İşlər Nazirliyi bunu “geopolitik mühəndislik” nümunəsi hesab edir. Xanım Zaxarova qeyd edib ki, Rusiya dəfələrlə “qardaş erməni xalqına çiyin verib” və “gələcəkdə də bunu etmək niyyətindədir”.
“O`Brayenin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir - dünya ictimaiyyətinin gözündə Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir, faktiki baş verənlərlə heç bir əlaqəsi yoxdur”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
M.Zaxarova hesab edir ki, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr “Qərbin onları yorulmadan məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcək”.
O`Brayen iyulun sonunda Rusiya-Ermənistan münasibətlərindəki çətinlikləri şərh edib. Onun fikrincə, Dağlıq Qarabağ ətrafındakı vəziyyət “ciddi uçurum yaradıb” və “erməni əhalisinin əhəmiyyətli hissəsi Rusiyadan uzaqlaşmaq istəyir”. Dövlət katibinin köməkçisi qeyd edib ki, Birləşmiş Ştatlar “bunun baş verməsi üçün şərait yaradır”.
AYSEL