Siyasət

  • 1 594

Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri ilə görüşüb

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sanini Prezident İqamətgahında qəbul edib.

Görüşdə Yaxın Şərqdəki hadisələr, İsrailin Fələstinə və Livana hücumları ilə Tehran-Təl-Əviv xəttində artan gərginlik müzakirə olunacaq, həmçinin Netanyahu administrasiyasını atəşkəsə məcbur etmək və fələstinlilərə humanitar yardım çatdırmaq üçün atılacaq birgə addımlar gündəmə gələcək.

Tərəflər Türkiyə ilə Qətər arasındakı yüksək səviyyəli əlaqələri də qiymətləndirəcək.

Görüşdə həmçinin ötən il 1,3 milyard dollar səviyyəsində olan ikitərəfli ticarət həcminin və qarşılıqlı investisiyaların artırılması ilə bağlı fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər