Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 16 oktyabr 2024-cü il tarixində “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransda məruzəçi kimi çıxış etmək istəyənlər məqalələrini 20 sentyabr 2024-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Məlumat üçün bildirək ki, elmi-praktik konfrans ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılması məqsədilə təşkil olunur.
Konfransın mövzuları və məqalələrin qəbul qaydaları ətraflı şəkildə aşağıdakı linkdəki elanda yerləşdirilib: https://shorturl.at/ceqfI
...yeni zavodların açılışlarında iştirak edib - YENİLƏNİB