PDF Oxu

Siyasət

  • 1 520

4 saylı Naxçıvan şəhər Seçki Dairəsində bütün şərait yaradılıb

4 saylı Naxçıvan şəhər Seçki Dairəsində bütün şərait yaradılıb

"4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 42 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan bəzilərində veb-kameralar quraşdırılıb". Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli deyib. O bildirib ki, 4 saylı Naxçıvan şəhər Seçki Dairəsi Naxçıvan şəhərinin inzibati ərazisini əhatə edir. "Namizədliyini irəli sürən 7 şəxs bizdən imza vərəqəsi götürmüşdü. Hər birinin namizədliyi təsdiqlənib. Təşviqat materiallarının yerləşdirilməsi üçün xüsusi yerlər ayrılıb. Proses MSK-nın Təqvim Planına əsasən aparılır", - deyən DSK sədir onu da vurğulayıb ki, komissiya üzvləri mərhələli şəkildə treninqlərdə iştirak edirlər.DSK sədri seçki məntəqələrinin seçkiyə tam hazır vəziyyətdə olduğunu da diqqətə çatdırıb.“Məntəqələrlə bağlı bütün texniki məsələlər həll olunub, seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb. Keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərinə səsvermə günü ilə bağlı vəzifələr izah edilir, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilir", -deyə Çingiz Həsənli əlavə edib.

Digər xəbərlər