PDF Oxu

Siyasət

  • 2 873

Türk dünyası ilə əməkdaşlığın ümumi mənzərəsi ŞƏRH

Türk dünyası ilə əməkdaşlığın ümumi mənzərəsi ŞƏRH

Ölkə başçımız cənab İlham Əliyev avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə Türk dünyası ilə əməkdaşlığın istiqamətlərini və əhəmiyyətini təhlil etmişdir. Azərbaycanın xarici siyasətində xüsusi əhəmiyyətə malik olan Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli əlaqələrin qurulması məsələsi günün reallığıdır. Çoxəsrlik tarixi əlaqələrin mövcud olması bunu deməyə imkan verir ki, bu gün Azərbaycan və Mərkəzi Asiya respublikaları istənilən müstəvidə qarşılıqlı əməkdaşlığı davam və inkişaf etdirməlidir. Azərbaycanın dövlət başçısının fəxri qonaq qismində Türk dövlətlərinin sammitlərinə, görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Dünyada təhdidlərin artdığı bir zamanda türkdilli xalqların bir birinə yaxınlaşması, birgə təhlükəsizliyin təşkili məsələlərinin təmin edilməsi aktuallaşır. Cənab İlham Əliyev bu mühüm məsələ barəsində demişdir: “Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.” Göründüyü kimi, respublikamız Vətən müharibəsində qələbə qazandıqdan sonra Qərb və Şərq arasında strateji müvazinətləri peşəkarlıqla tənzimləyir. Güclü ordu üçün güclü iqtisadiyyat vacibdir. Qərbin enerji gözləntilərinə qarşılıq verən Azərbaycan Şərqlə investisiya layihələri həyata keçirir. Bu layihələrin maliyyə zəmini də artıq qurulub. Beləki, Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın çərçivəsində əməkdaşlığın da xüsusi əhəmiyyəti var. Bu, onu deməyə imkan verir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin əməkdaşlığı səmimi və güvənilir xarakter alıb. Bu güvənin arxasında respublikaların gündən-günə artan nüfuzu, tarixi köklərə malik əlaqələri və beynəlxalq dəngələr dayanır.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər