PDF Oxu

Siyasət

  • 3 127

Azərbaycan Mərkəzi Asiya Türk dövlətləri ilə qardaşlıq münasibətlərini inkişaf etdirir ŞƏRH

Azərbaycan Mərkəzi Asiya Türk dövlətləri ilə qardaşlıq münasibətlərini inkişaf etdirir ŞƏRH

Avqust ayının 9-da Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak ölkə başçımıza olan böyük etimadın göstəricisidir. Ölkə Prezidenti bildirdi ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət başçısının son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri olub.

Dövlət başçısı qeyd etdi ki, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Qardaşlıq münasibətlərindən söz açan ölkə rəhbəri söylədi ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.Dövlət başçısı vurğuladı ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Azərbaycan Prezidenti görüşdə çıxış edərək bildirmişdir ki,Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, ordumuzun yüksək səviyyədə hazırlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı və bütün Azərbaycan xalqının "Dəmir yumruq" ətrafında birləşməsi nəticəsində xalqımız haqqı bərpa edərək, öz gücü ilə öz doğma torpaqlarını düşməndən təmizlədi. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. Artıq keşmiş məcburi köçkünlər böyük sevinc hissi ilə öz dədə-baba yurdlarına qayıdırlar.Ölkəmizin istər iki tərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Tarixi Zəfərimizdən sonra intensivləşən səfərlər, bunların əsasında əlaqələr Azərbaycanın fəxri qonaq qismində qatıldığı tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapır. Bunun üçün Azərbaycanın ev sahibliyi etdiyi, fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Son bir neçə ildə dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

Tarixi Zəfərimiz bu birliyin möhkəmləndirilməsində stimulverici amil oldu. Hər zaman qeyd etdiyimiz kimi, dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk dünyasının birliyinin şahidinə çevrildi. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın gələcək üçün xarici siyasətində prioriteti məlumdur türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər