PDF Oxu

Siyasət

  • 2 042

Bilal Dündar: “Milli Məclis seçkilərinin Qarabağda da keçirilməsi qürurverici haldır”

Bilal Dündar: “Milli Məclis seçkilərinin Qarabağda da keçirilməsi qürurverici haldır”

“Bu il Azərbaycan önəmli siyasi prosesdən keçir. Həm Milli Məclisə seçkilər, həm də COP29 beynəlxalq tədbirinə ev sahibliyi etmək ölkəni diqqət mərkəzinə gətirir. Milli Məclisə seçkilərin Qarabağda da keçirilməsi qürurverici haldır”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.O qeyd edib ki, illərdir işğalda qalan, lakin 44 günlük Vətən müharibəsi və 23 saatlıq anti-terror əməliyyatı nəticəsində azad edilən Qarabağ torpaqlarında seçkilərin keçirilməsi tarixi anlar olacaq: “Çünki 30 il idi ki, bu torpaqlara azərbaycanlı ayağı dəymirdi. Lakin çətin günlər artıq arxada qalıb. Qardaş Azərbaycanın bu uğurlara yiyələnməsi, indiki məqama qədər yüksəlməsi, azad edilən ərazilərində seçkilər üçün münasib şəraiti yaratması hamımızı sevindirir. Qardaş Azərbaycanın uğuru, Türkiyənin uğurudur”.B. Dündar əlavə edib ki, 1 sentyabr seçkilərindən gözləntiləri çoxdur: “Hesab edirik ki, layiqli namizədlər seçiləcək, şəffaflıq mühiti qorunacaq və Azərbaycan parlamentinin nüfuzu bundan da yüksək səviyyəyə qalxacaq”.

Digər xəbərlər