PDF Oxu

Siyasət

  • 1 934

Şimal bölgəsindəki seçki dairələrində treninqlər keçirilir

Şimal bölgəsindəki seçki dairələrində treninqlər keçirilir

Sentybarın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, avqustun 12-dən başlayaraq dörd gün ərzində 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının 300-ə yaxın üzvü treninqlərə cəlb olunacaq.57 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Bəhram Ömərov bildirib ki, Milli Məclisə seçkilərin yüksək səviyyədə keçirilməsində treninqlər əhəmiyyətli rola malikdir.Treninqlər Mərkəzi Seçki Komissiyasının “Treninq qrupu” tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə qruplar şəklində keçirilir. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış "Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi, bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.Treninqlər, həmçinin şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə də təşkil olunub. Qeyd edək ki, treninq layihəsi ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

Digər xəbərlər