PDF Oxu

Siyasət

  • 1 924

Ermənistan təcrid yolunu seçib, amma - ŞTRİX

Ermənistan təcrid yolunu seçib, amma - ŞTRİX

Bakı həm səbirlə gözləməyi, həm də uzun və dərin oyun qurmağı kifayət qədər əla bacarır...
Əslində, Ermənistanın dəhliz məsələsindəki oyunları bir həqiqəti əks etdirir - bu, artıq həmin yol uzunmüddətli kursa söykənir. Daha dəqiq desək, baş verənlərin Azərbaycan üçün istisi-soyuğu yoxdur. Çünki Bakının nəinki "b", eləcə də "c" və s. ehtiyat planları həmişə mövcud olub. Beləliklə...
İran faktoru qüvvədədir...
Quru sərhədlərimizlə bağlı hələ bir neçə il əvvəl qonşu İranla məlum memorandum imzalamışdı. Yəni Tehranla, eyni zamanda konsensus əldə olunub ki, "Şimal-Cənub" dəhlizi (həm avtomobil, həm də dəmir yolu) Azərbaycandan keçəcək. Üstəlik, qeyd edilənlərlə paralel olaraq, müasir Zəngilan-Gəncə avtomobil yolu tikilir ki, bu da ermənilərin öz ərazilərinin tranzit rentabelliyi ilə bağlı ümidlərini dəfn edir.
Gürcüstan faktoru da geri qalmır
Artıq digər qonşumuz Gürcüstan da bu layihədə start götürüb. Rəsmi Tiflis vasitəsilə mövcud dəhlizin modernləşdirilməsi və Araz çayının cənub sahili boyunca yeni dəhlizin tikintisi gedir.
Beləliklə, Azərbaycan bütün yükdaşımaları - həm avtomobil, həm də dəmir yolu reallığında öz üzərinə götürüb və rəsmi İrəvanın utopik, yaxud xəyali "dünya kəsişməsi" adlı psevdolayihəsinin üzərindən çarpaz xətlər çəkilir.
Azərbaycan faktoru isə davam edir!
Artıq bu gün dünyaya öz sözünü deyən və icra edən (!) rəsmi Bakı İrəvanın və onun havadarlarının qarşısında oyunu elə qurur ki, hazırda Azərbaycanın guya Zəngəzur dəhlizindən "imtina etməsinə" (əslində, bu məsələni müəyyən qədər təxirə salmasına) atlanıb-düşən Ermənistan axır-əvvəl özü-öz dizləri ilə ayaqlarımızın altına sürünərək həmin dəhlizin açılması üçün bizə yalvaracaq. Fəqət, bu dəfə hər şey əvvəlki kimi olmayacaq - qiymət də fərqli olacaq. Necə ki, Azərbaycanın 30 illik danışıqlar prosesində irəli sürdüyü təklifləri Ermənistan qəbul etmirdisə və nəticəsi də dünyaya bəllidir, bu dəfə də belə olacaq.

Afət Tahirqızı
P.S. Bakı həm səbirlə gözləməyi, həm də uzun və dərin oyun qurmağı kifayət qədər əla bacarır...

Digər xəbərlər