PDF Oxu

Siyasət

  • 6 695

Zəngəzur dəhlizi nə zaman açılacaq? - ŞƏRH EDİLDİ

Zəngəzur dəhlizi nə zaman açılacaq? - ŞƏRH EDİLDİ

Zəngəzur dəhlizinin açılışı ilə bağlı dəqiq bir tarix vermək çətin olsa da, bu mövzu hazırda Azərbaycan və Ermənistan arasında regional nəqliyyat və kommunikasiya yollarının açılması üzrə danışıqların və beynəlxalq əlaqələrin mərkəzindədir. Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirə, regional iqtisadiyyata və ticarətə müsbət təsir göstərə bilər. Bu gərgin prosesin fonunda Zəngəzur dəhlizi nə zaman açıla bilər?Mövzu ilə bağlı politoloq Elşad Həsənov SİA-ya açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması əsasən, Azərbaycan və Ermənistan arasında olan siyasi və diplomatik danışıqlardan asılıdır: "2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan bəyanatda nəzərdə tutulmuş 10-cu maddədir. Bu maddə digər maddələr kimi Ermənistan tərəfindən yerinə yetirilməkdən boyun qaçırıldı. Buna Fransanın apardığı siyasət səbəb oldu. Nəticədə, Ermənistanın Baş naziri imza atdığı sənətdən imtina etdi".Politoloqun sözlərinə görə, Ermənistan tərəfi bildirib ki, onların ərazisindən kecən yola Rusiyanın Federal Təhlükəsizlik Xidməti nəzarət etməməlidir. Hətta Paşinyan Ermənistanın Təhlükəsizlik Nazirliyinin nəzdində yeni idarə yaratdı ki, həmin yola nəzarət etsin: “Cənubi Qafqazda sabitliyin olmasını istəməyən qüvvələr Ermənistanı bu yolun açılmasına imkan vermir. Hətta qonşu İran bildirir ki, həmin dəhlizin acılması İran üçün qırmızı xətdir”.E.Həsənov hesab edir ki, Zəngəzur dəhlizi mütləq açılacaq: "Çünki yolun açılması təkcə Azərbaycanın istəyi deyil, bu həm də Türkiyənin, Rusiyanın, Çinin, Hindistanın istəyi, tələbidir. Hətta bu dəhlizin açılmasını ABŞ də istəyir. Çünki Ermənistan dəhlizin açılmasına icazə verməsə, Azərbaycan alternativ olaraq İran ərazisindən Naxçıvana yeni yol çəkəcək. Bunun üçün müqavilə imzalayaraq körpülərin salınmasına başlayıb. Artıq həmin proyekt başa catmaq üzrədir. ABŞ və Avropa İttifaqı təcili olaraq yolun İran üzərindən deyil, Ermənistan üzərindən açılmasının vacib olduğunu bildirib”.Politolqun sözlərinə görə, Azərbaycan öz işini davam etdirir. Aparılan diplomatik danışıqlar nəticəsində Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin 2028-ci ildə açılacağını deyib. Dəhlizin Ermənistandan keçən hissəsi cəmi 43 kilometirdir. Yolun tikintisi 1-2 ilə başa çatacaq. O, Dünya Bankının kredit verəcəyini də diqqətə çatdırıb: “Bu günlərdə ABŞ dövlət katibinin müavini Ceyms O'Brayn Orta Asiya ölkələrindən danışarkən bildirib ki, bu ölkələrin böyük yeraltı və yerüstü sərvətləri var. Həmin sərvətlərin dünya bazarına çıxarılması Çindən və Rusiyadan yan keçərək Azərbaycan və Ermənistan üzərindən daşınmalıdır. Həmin marşurut yalnız Zəngəzur dəhlizidir. Bu mənada hesab edirəm ki, ABŞ-ın sözü Ermənistanda keçərlidir. Hazırda maneə İrandır. Düşünürəm, İran böyük güclərin təsiri altında öz inadından əl çəkəcək və 2028-ci ilə həmin dəhliz istifadəyə veriləcək”.

Gülnarə Nəriman

Digər xəbərlər