PDF Oxu

Siyasət

  • 2 038

Aşağı seçki komissiyalarının üzvləri səsvermə günü prosedurları barədə maarifləndirilir

Aşağı seçki komissiyalarının üzvləri səsvermə günü prosedurları barədə maarifləndirilir

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıqla əlaqədar avqustun 12-də ölkənin şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər başlayıb. Treninqlər aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır."Seçki 2024" Müstəqil Media Mərkəzinin məlumatına görə, 113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və bir həftə davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 73 seçki məntəqəsindən 438 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur.Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov aparırlar.

Digər xəbərlər