PDF Oxu

Siyasət

  • 1 959

YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir FOTOLAR

YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 88 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Tağızadə Rəfail Vahid oğlunun Şamaxı rayon Əngəxaran kənd mədəniyyət klubunun akt zalında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Tağızadə Rəfail Vahid oğlu Qalib Azərbaycan dövlətinin hər gün daha da gücləndiyini bildirib. O bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib.

Tədbirdə, həmçinin Qərargah üzvləri Bayramov Ağarza, İslamov Cavid daha sonra Rüstəmova Fatimə, Mustafayev İnqilab, İsrafilov Ağamurad çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Hər birimiz sizin seçkilərdə aktiv iştirak edəcəyinizə inanırıq

Digər xəbərlər