Hər şeyin başlanğıcı olduğu kimi, sonu da olur. Sadəcə, bir məsələ var ki, işin və ya fəaliyyətin sonu qalmaqalla, söz-söhbətlə başa çatmasın. Lakin elə məqamlar olur ki, məsələnin sonu heç də hər zaman sakit şəkildə başa çatmır. Yəni, istər yaxın dostluğun, istər birgə iş fəaliyyətin, istərsə də yola birgə çıxıb addımladığınız əqidə dostları hesab etdiyiniz şəxslərlə yolun sonunda dava-dalaşla ayrılmalı olursan. Belə hallara, əsasən, dağıdıcı müxalifət düşərgəsində rast gəlmək olar. O mənada ki, dünən dost olanlar bu gün qatı rəqiblərə, düşmənlərə çevrilirlər. Ona görə də müxalifət düşərgəsinə inam həddindən artıq aşağı səviyyədədir. Dağıdıcı müxalifət adını eşidəndə və ya hansısa mətndə oxuyanda göz önünə bir-birinə xəyanət edən, biri digərinə düşmən kəsilən şəxslər gəlir. Dostluğa, yoldaşlığa ən böyük zərbəni AXCP sədri Əli Kərimlinin vurduğunu desək, səhv etmərik. Çünki bu məxluq lideri Əbülfəz Elçibəy xəyanət edib, onun əleyhinə iş aparan şəxs olub. Əli Kərimli uzun illər eyni yolu bölüşdüyü görüntüsü yaratdığı Qüdrət Həsənquliyevə, Mirmahmud Mirəlioğluna, Fazil Mustafaya, İsa Qəmbərə, Asim Mollazadəyə, Fuad Mustafayevə və digərlərinə xəyanət edib, onlara zərbələr vurub, siyasətdən silib atmağa çalışıb. Bəzən istəyinə də nail olub. Lakin dirəniş göstərib, Ə.Kərimlini əski mövqeyinə qayıtmağa məcbur edənlər də olub. AXCP-nin bir neçə yerə parçalanması da Ə.Kərimlinin əqidə dostlarına xəyanət etməsindən yaranıb. Ə.Kərimli üçün hər şey satmaq-satılmaqdır, çünki onun üçün hər şey çox ucuzdur. 30 ildən çoxdur ki, siyasətdə boş-boşuna veyillənən Ə.Kərimli milli və dövlətçilik maraqlarına zərbə vurmaq üçün istənilən addımı atmağa hazır olan, yeri gələndə ermənilərlə belə əməkdaşlıq etməkdən çəkinməyən məxluqdur.
Əli Kərimli təhlükəli manyaka çevrilir
Hazırda Ə.Kərimli o qədər də təhlükəli olub ki, hətta yaxın ətrafına da hücum etmək, onlara zərər yetirməkdən belə çəkinmir. Xüsusilə də, hədəfində zamanında ona dost əli uzadıb, bir-birinə sadiqlik andı içdiyi şəxslərdir. Ə.Kərimli indi də ABŞ-da qaranlıq niyyətli məxluqlarla qara-qura işlər həyata keçirməyə çalışan Sevinc Osmanqızının başına kəndir keçirib okeanın o tayında gərəksiz trola çevirməyə çalışır. Zatən S.Osmanqızı keyfiyyətsiz trollardandır. Bu o şəxsdir ki, ABŞ-ın qaranlıq dairələrinə sığınıb, Azərbaycanın milli və dövlətçilik mənafeyinə qarşı qarayaxma kampaniyası aparır. Həm də bu məxluq Ermənistandakı revanşistlərsayağı mövqeyi və fəaliyyəti ilə seçilir. Dəfələrlə özünün TV-sində “kaş bizim də Paşinyan kimi demokratik baş nazirimiz olaydı”, - deyə erməni lobbisinin sifarişini ifadə edib. Bu, öz yerində. Sadəcə, Ə.Kərimli ilə S.Osmanqızı eyni qabdan qidalanıb, uzun müddət eyni tezisləri ifadə etmişlər. Demək olmaz ki, onların arasından qara pişik keçib. Fakt ondan ibarətdir ki, onların pul bölgüsü üstündə mübahisələri sonda qarşıdurmaya və aralarında əldə olunan sədaqət andının havaya sovurulmasına gətirib çıxartdı. “Soros” Fondunun Gürcüstan nümayəndəliyinin Ə.Kərimliyə ayırdığı 24 min 800 dollar pul vəsaiti tərəflər arasında narazılıq yaradıb. Acıgözlüyü ilə tanınan Ə.Kərimli ayırılan qrant vəsaitindən S.Osmanqızıya verməkdən imtina edib. Bu səbəbdən də S.Osmanqızı TV-sində Ə.Kərimlini və ətrafında olan trollarını hər cür sərt ifadələrlə təhqir edir: “Əli bəy və Fuad Qəhrəmanlı bəlli şəxslərin yazdıqları statusları öz adları ilə sosial şəbəkələrdə paylaşırlar. Bu hal rüsvayçılıqdır. Eyni zamanda, Əli bəy tək müxalifət lideri olduğunu nümayiş etdirmək üçün digər partiya sədrlərini gözdən salmağa çalışır”. S.Osmanqızı bu günə kimi Əli Kərimlinin və ətrafının xəstə təfəkkürə məruz qalanlara hazırkı zamana qədər göstərdiyi xidmətinə görə peşman olduğunu deyib.
Fuad Qəhrəmanlı aparıcı trol olduğunu sübut etməyə çalışır
Ə.Kərimli S.Osmanqızı ilə mübahisəyə girməkdən ehtiyat etdiyi üçün AXCP-də qara işlərin icraçısı kimi tanınan Fuad Qəhrəmanlını qabağa verib. F.Qəhrəmanlı sosial şəbəkə hesabında S.Osmanqızını bir növ ağ yuyub, quru sərib: “Sevinc xanım iddia etdi ki, sən demə, bu yazını mənim adımdan kimsə yazıb. Sevinc xanım işarə edir ki, Qənimət Zahidin sözügedən yazımı öz efirindən oxuması Əli bəyin istəyi ilə olub. Əvvəla, o, "Azərbaycan Saatı"nın yutub səhifəsinə və mənim feysbuk profilimə baxıb görə bilər ki, Qənimət bəy bu günə qədər vaxtaşırı olaraq müəllifi olduğum ölkə siyasəti və beynəlxalq münasibətlərlə bağlı geniş təhlil yazılarımı mütəmadi olaraq oxuyur və Əli bəyin bu məsələyə heç bir aidiyyəti də olmur”. Göründüyü kimi, F.Qəhrəmanlı “Əli bəyin bu məsələyə heç bir aidiyyəti də olmur” deməklə Ə.Kəimlini vəziyyətdən çıxartmağa cəhd edir. Lakin “görünən dağa bələdçi lazım deyil” məsəli məhz Əli Kərimli kimi saman altdan su yeridənlər üçün deyilib. Hər kəsə gün kimi aydındır ki, Ə.Kərimli kənarda dayanıb, trollarını qabağa verməklə zamanında “dost” dediyi şəxsləri gözdən salmağa çalışır.Ona görə də, F.Qəhrəmanlının Ə.Kərimlini təmizə çıxartmağa cəhd etməsi uğursuz cəhddən başqa bir şey deyil. Artıq S.Osmanqızı da daşların hansı istiqamətdən və kimlər tərəfindən ona atıldığını yaxşı bilir. Baş verənlərə əsasəndir ki, ötən gün S.Osmanqızı özünün TV-sinə də Ə.Kərimlinin müxalifətin birliyinə zərbə vuran əsas şəxslərdən biri olduğunu söyləyib. S.Osmanqızı “yaxşı ki, bütün bunları gördüm” deyərək özünə təsəlli verməyi də unutmayıb. Yəni S.Osmanqızı gec də olsa anlayıb ki, Ə.Kərimli kimi şəxs mənafeyini hər şeydən üstün tutan birinin maraqlarını müdafiə etməklə, həm də qrant xatirinə ABŞ-ın qaranlıq dairələrinin tezislərini səsləndirməklə nə qədər xəyanətkar və satqınçılıq girdabında fəaliyyət göstərib. S.Osmanıqızı bunu dərk etsə, düzələ biləcəyi ehtimal olunur. Lakin el məsəlidir: “Qozbeli qəbir düzəldər”.
İLHAM ƏLİYEV