PDF Oxu

Siyasət

  • 2 017

Bu seçkilərin demokratik amallara, şəffaflıq prinsiplərinə uyğun keçiriləcəyinə şübhəm yoxdur - Türk Dünyası Ağsaqqallar Birliyi İdarə Heyətinin üzvü

Bu seçkilərin demokratik amallara, şəffaflıq prinsiplərinə uyğun keçiriləcəyinə şübhəm yoxdur - Türk Dünyası Ağsaqqallar Birliyi İdarə Heyətinin üzvü

“Azərbaycan Türk Dünyasının milli-mənəvi körpüsü, həmçinin düşüncə, iqtisadi, siyasi, mədəni mərkəzlərindən biridir. Azərbaycan Milli Məclisi Türk Birliyi üçün mühüm işlər görüb və inanıram ki, sentyabrın 1-nə təyin edilmiş seçkilərdən sonra da bu istiqamətdə işlər davam etdiriləcək”. SİA xəbər verir ki, bu fikirləri“Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türk Dünyası Ağsaqqallar Birliyinin İdarə Heyətinin üzvü Mürtəza Qaraçanta deyib.O bildirib ki, Azərbaycan demokratik dəyərlərə önəm verən ölkədir: “Təsadüfi deyil ki, müsəlman Şərqində ilk parlamentli respublika da məhz qardaş Azərbaycanda qurulub. Buna görə də qarşıdan gələn seçkilərin də demokratik amallara, şəffaflıq prinsiplərinə uyğun keçiriləcəyinə şübhəm yoxdur”.Mürtəza Qaraçanta qeyd edib ki, Milli Məclisə seçiləcək deputatların milli-ideoloji dəyərlərə sadiqliyi, Türk Dünyasının birliyinə, bütövlüyünə xidmət edən maraqlı təkliflər irəli sürmələri Azərbaycan parlamentinin dövlətin prioritet məqsədlərində ağırlığını ortaya qoyacaq.

Digər xəbərlər