PDF Oxu

Siyasət

  • 2 121

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində treninqlərə 84 nəfər cəlb olunub

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində treninqlərə 84 nəfər cəlb olunub

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar avqustun 13-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Avqustun 17-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır. SİA “Seçki 2024”Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, treninqlərdə ümumilikdə 84 nəfərin iştirakı nəzərdə tutulub.Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş Nazim Abbasov və Məhəmməd Əhmədov aparırlar.MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.

Digər xəbərlər