"Ermənistanın sülhdən qaçması birincisi onun özünün yarıtmaz siyasət yeritməsi ilə bağlıdır. İkincisi də 3-cü dövlətlərin bizim bölgə proseslərinə müdaxilələrinin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Onun sözlərinə görə, Ermənistan zəiflik, acizlik göstərir: "Ona görə də başqa dövlətlər ona həm öz istəklərini, fikirlərini təlqin edirlər, digər tərəfdən vadar edirlər ki, Ermənistan öz bacarığını nümayiş etdirməsin, əksinə buyruqlarla hərəkət etsin, oturub-dursun. Bu işlərin hamısı əlbəttə ki Ermənistan üçün heç vaxt yüngüllük, rifah, sabitlik gətirməyəcək. Çünki bir halda ki ölkənin rəhbərliyi var, dövlətin rəhbərliyi var, hökumətin başçısı var, onlar gərək üzərlərinə düşən məsuliyyəti yerinə yetirsinlər, digər tərəfdən gərək antiböhran proqramını həyata keçirsinlər. Bütün bu proseslərin hamısının başında əlbəttə ki sülh işidir. Çünki Azərbaycan sülh gündəliyini tərtib edib, onlara təkliflərini verib, prinsipləri təqdim edib. Ancaq Ermənistan yenə də müdaxilələr nəticəsində konkret olaraq nə hə nə yox demir, sadəcə prosesdən yayınır və burada onda savotaj elementlərini biz görürük.Bəli,indi ABŞ, Fransa, Yunanıstan, Hindistan və s. intensiv şəkildə Ermənistanın daxili işlərinə qatılırlar və çalışırlar Ermənistanı sülh yolundan uzaqlaşdırsınlar. Onların da qayəsi ondan ibarətdir ki, birincisi burada sabitlik bərqərar olmasın, digər tərəfdən də eskalasiyanı bunlar gündəmə gətirsinlər. Əlbəttə, Ermənistan gərək bu işlərin hamısında öz ixtiyarını əldən verməyəydi. Çünki heç vaxt kənardan gələnlər, kənar qüvvələr Azərbaycanın ya Ermənistanın fikrini etməyəcək, onlara yüngüllük gətirmək niyyəti ilə hərəkət etməyəcək. Onların istəyi ondan ibarətdir ki, əksinə özlərinin müdaxilələri ilə maraqlarını yerləşdirsinlər, bölgədə hakim kəsilsinlər, özlərinin fiziki cəhətdən mövcudluqlarını burada təmin etsinlər. Ona görə də mən hesab edirəm ki, Ermənistanın burada böyük günahı var, böyük səhvləri var və əvvəl-axır o səhvlərin də ucbatından Ermənistan özü o əziyyətləri yaşayacaq. Azərbaycan isə bu proseslərin hamısında əlbəttə ki nəzarətini proseslərdən çəkmir. Biz əvvəlki tək bütün işlərin hamısını üzərimizə düşən məsuliyyəti dərk edərək görürük, işlərin hamısını həyata keçiririk. Ermənistan üçün ən yaxşı variant Azərbaycanın sözünü dinləyib onun dediklərinə əməl etmək idi. Ancaq təəssüf ki onlarda bunu etmək üçün müdriklik çatmır, ağılları da kəsmir və digər tərəfdən elə bilirlər ki, Amerika, Fransa uzaqdan gəlib bunlara burada güzəran yaradacaq. Xeyr, heç vaxt yaratmayacaq və onlar ermənilərin cibindən xərcləyərək elə bu prosesi də davam etdirəcəklər".
Ayşən Vəli