Siyasət

  • 788

49 saylı Abşeron ikinci seçki dairəsində seçkilərə hazırlıq davam edir

image

Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıq 49 saylı Abşeron ikinci seçki dairəsində davam edir. Səsvermə prosesinə hazırlıq məqsədi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi üç günlük treninqə 36 məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri cəlb olunublar.“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, diskussiya formatında keçən təlimləri MSK-nın kursunda iştirak etmiş dairə üzrə treninq qrupunun sədri Sərdar Musayev və Vəfa Kərimova aparıb. Məşqlərdə əyani vasitələrdən istifadə olunur. Səsvermə günü məntəqə seçki komissiyalarının hər bir üzvünün rol və vəzifələri, səsvermə prosesinə aid bütün protokol məsələlər haqqında ətraflı məlumat verilib. Səsləndirilən suallar cavablandırlıb. İştirakçılara yaddaş kitabçası təqdim edilib.Dairə seçki komissiyasının sədri Rafəddin Naqdaliyev bildirib ki, 36 seçki məntəqəsinin hər biri səsvermə kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri ilə təmin olunub.“Dairə üzrə 47238 seçicimiz var. Onlardan 67 nəfəri ilk dəfə səs verəcək. Seçki məntəqələrinin altısında səsvermə prosesinin canlı izləmək məqsədilə veb- kameralar quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər üçün də müvafiq imkanlar yaradılıb. Bir sözlə, səsvermə günü seçkinin şəffaf və demokratik keçməsi üçün bütün lazımi şərait yaradılıb”, - deyə dairə sədri əlavə edib.Qeyd edək ki, treninqlər həmçinin 48 saylı Abşeron birinci və 50 saylı Abşeron üçüncü seçki dairəsində keçirilir.

Digər xəbərlər