Siyasət

  • 792

Fuad Hüseynzadə: “Mərkəzi Seçki Komissiyası geniş maarifləndirmə işi aparır”

image

“Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı namizədlərin qeydə alınması və təşviqat kampaniyasında yaradılan bərabər şərait əsl demokratik seçki nümunəsidir. Bütün seçki məntəqələrində açıq və qapalı görüş yerlərinin ayrılması namizədlərin sərbəst şəkildə təşviqat kampaniyası aparması üçün əhəmiyyətli addımlardandır”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.O, Milli Məclisə keçiriləcək seçkilərdə 25 siyasi partiyanın iştirakının da demokratik prinsiplərin qorunmasının nümunəsi olduğunu qeyd edib, seçkilərdə çoxsaylı partiyanın mübarizə aparmasını siyasi plüralizmin təmini adlandırıb. İctimai Birliyin sədri seçkilərlə bağlı maarifləndirmə tədbirlərinin də geniş şəkildə aparılmasına diqqət çəkib.“Mərkəzi Seçki Komissiyası geniş maarifləndirmə işi aparır. Marifləndirmə işində tələbə və gənclər hərəkatı da kifayət qədər aktivlik göstərir. Bu kimi tədbirlərin seçici fəallığının artırılmasına əhəmiyyətli dərəcədə təsiri var. İnanırıq ki, seçici fəallığı işğaldan azad olunan ərazilərimizdə də müşahidə ediləcək. Azad olunmuş ərazilərdə parlament seçkilərinin ilk dəfə keçirilməsi tarixi hadisədir” – deyə F.Hüseynzadə bildirib.
İctimai Birliyin sədri əlavə edib ki, diaspor təşkilatlarının dəstəyi ilə Azərbaycanın demokratik seçki nümunəsi haqda informasiyaların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərəcəklər.

Digər xəbərlər