PDF Oxu

Siyasət

  • 2 051

Güclü Azərbaycanla daha uğurlu hədəflərə doğru ŞƏRH

Güclü Azərbaycanla daha uğurlu hədəflərə doğru ŞƏRH

Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək.

Bəli, bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyev çıxışlarında da bildirmişdir ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Məhz bu uğurlu göstəricilər Prezident İlham Əliyev cənablarının "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Dövlətimizin başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".

Bugünkü Azərbaycan reallıqları onu deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 20 illik tariximizi xarakterizə edən əsas amillərdir. Məhz bu uğurlu göstəricilər Prezident İlham Əliyev cənablarının "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".

Azərbavycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının çağırışı bu olub: «Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik».

Göründüyü kimi, dövlət başçısı İlham Əliyev bu çağırışı ilə Azərbaycanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Düzgün qurulan, düşünülmüş və məqsədyönlu siyasət daim ölkənin qarşısında yeni-yeni imkanlar yaradır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, öz iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın üzləşdiyi hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını təmin edir. Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən addımları sırasındadır. Yeni neft strategiyasının uğurları hazırda Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında, infrastrtuktur layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, normal iqtisadi mühitin yaradılması böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir.

«Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir»,-deyən Prezident İlham Əliyev düzgün qurulan siyasətin daim uğurların davamlılığına yol açdığını təsdiqləyir. Və bu gün Azərbaycanın keçdiyi inkişaf yolunun təhlil edərkən «Biz nə etdik» sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Bir də tarixi inkar etməklə, öz maraqları naminə ədaləti və beynəlxalq hüququ arxa plana keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Qarabağ münaqişəsinin tarixin arxivinə atılmasından sonra da Azərbaycan qərəzli yanaşmalarla, qeyri-ciddi təbliğatla üz-üzə qaldı. Bunun da səbəb bəllidir. Cənab İlham Əliyev bu cəhdləri belə əsaslandırır ki, Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı: «Azərbaycan, məcazi mənada desək, bu qarmaqdan çıxdı. Artıq bu amil yoxdur. İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atmışdılar ki, yenə də burunlarını oraya soxa bilsinlər. Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edirdilər ki, yenə də vəziyyəti qarışdırsınlar. O rıçaq da əllərindən çıxdı. Ona görə indi yeni bir mövzu axtaracaqlar.»

İşğalçıya dövlətə havadarlıq edən dövlətlər indi də belə bir ittiham səsləndirirlər ki, guya Azərbaycan Ermənistana hücum etmək istəyir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, lap axıra qədər gedərdik: «Cermuk şəhəri - bizim keçmiş əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik… Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.»

Elə iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda da Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.

COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

COP29-u qlobal miqyasda ən mühüm hadisələrdən biri, dünyada bir nömrəli konfrans kimi dəyərləndirən Prezident İlham Əliyev belə bir tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini vurğulayaraq bildirib ki, bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq: “Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik”.

Qeyd edək ki, Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Təkcə bir faktı xatırladaq ki, pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Keçən ilin mart ayında isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Dövlətimizin başçısı bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib. Ölkəmiz bu çağırışa vəsait ayıran ilk ölkə olub.

Prezident İlham Əliyev, həmçinin bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Dövlət başçımız COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayıb. Amma bəziləri hələ də bu ali məqsədi anlamaq istəmirlər. Bu məqama toxunan dövlətimizin başçısı deyib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

Bəli, atılan bütün addımlar, irəli sürülən bütün təşəbbüslər Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bu əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.

Bax, budur müasir Azərbaycan həqiqətləri. Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctima Birliyin sədri

Digər xəbərlər