PDF Oxu

Siyasət

  • 2 101

74 saylı Masallı Seçki Dairəsində ən yaşlı seçicinin 102 yaşı var

74 saylı Masallı Seçki Dairəsində ən yaşlı seçicinin 102 yaşı var

74 saylı Masallı Seçki Dairəsi özündə 58 seçki məntəqəsini birləşdirir. Seçki Dairəsi üzrə qeydiyyatda olan seçicilər sentyabrın 1-də həmin məntəqələrdə səs verə bilərlər. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 74 saylı Masallı Dairə Seçki Komissiyasının (DSK) sədri Loğman Şahbazov deyib. DSK sədri bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirici treninqlər keçirilir:“Seçki ilə bağlı treninqlər avqustun 16-dək edəcək. Məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri terninqlərdə iştirak edəcəklər. Onlara seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilməsi nəzərdə tutulub”.Loğman Şahbazov qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 10 nəfərdən yeddisinin namizədliyi qeydə alınıb: “Müraciət edənlərdən ikisi öz istəyi ilə namizədliyini geri götürüb. Bir nəfər isə imza vərəqələrini vaxtında təqdim etmədiyi üçün imtina cavabı alıb”.Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 49 min 884 seçici qeydə alınıb. Qeydə alınan ən yaşlı iki seçicinin 101 və 102 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 584 nəfərdir.

Digər xəbərlər