Siyasət

  • 833

114 saylı Şəki şəhər seçki dairəsində 362 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib

image

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıqla əlaqədar 114 saylı Şəki şəhər seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə günü prosedurları ilə bağlı maarifləndirici treninqlər davam edir. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, avqustun 12-də başlayan treninqlərə dairənin tərkibində olan 44 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla ümumilikdə 276 nəfər cəlb edilib. Treninqlərin ilk iki günündə keçirilən məşğələlərdə 24 seçki məntəqəsi üzrə 144 komissiya üzvü iştirak edib. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparırlar.Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib. Treninqlərdə, həmçinin hər bir iştirakçıya “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər sənəd nümunələri təqdim edilib.Dairə seçki komissiyasının sədri Kamran Rəsulovun verdiyi məlumata görə, bu dairə üzrə Milli Məclisə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparacaq. Onlardan üçü müxtəlif siyasi partiyaları təmsil edir. Beş nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə indiyədək 362 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

Digər xəbərlər